Banker.az monitorinq qrupu daha bir maraqlı mövzu ətrafında olan araşdırmasını Sizlərə təqdim edir. Mövzumuz valyuta təminatlı manat kreditləridir.

Dollarda götürülmüş kreditlər yəqin ki, bir çox insanın qorxulu rüyasına çevrilib. Eyni fikri devalvasiyalardan öncə manat valyutasında yerləşdirilmiş əmanətçilərə də aid etmək olar. Hər iki qrup müştəri yəqin ki uzun müddət valyutada borclanmaqla, manatda isə yığım etməklə bağlı ehtiyatlı davranacaqlar.

Bankların əmanətçilərinə təklif etdiyi ənənəvi məhsullar içərisində “depozit təminatlı kreditlər”ə demək olar ki bütün Banklarda rast gəlmək mümkündür. Lakin aşağıda qeyd olunan Banklar müştərilərin maraqlarına uyğun olacaq bir fərqli bir məhsul təqdim ediblər. Bu məhsul xarici valyuta əsasında (USD) verilən manat kreditidir. Məhsulun əsas üstünlüyü valyuta risklərinin demək olar ki, 0 (sıfır) səviyyəsində olmasıdır. Belə ki, manatın baş verə biləcək 3-cü devalvasiyası (bu bir fərziyyədir) halında bu məhsulun istifadəçiləri valyuta mövqeyindən baxdıqda heç bir zərərlə üzləşməyəcəklər. Oxucular üçün maraqlı olan digər bir məqam isə bu məhsulu təklif edən Bankların bəzilərinin xarici valyutada olan vəsaiti əmanət kimi, bəzilərinin isə sığorta məbləği kimi (yəni , bu məbləğə heç bir faiz hesablanmır) qəbul etməsidir. Məhsulun digər şərtləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

BankBank RespublikaKapital BankZiraat BankNBC Bank
Maksimal məbləğ30 000 AZNMəhdudiyyət yoxdurMəhdudiyyət yoxdurMəhdudiyyət yoxdur
Kreditin məbləği Kreditin məbləği Kreditin məbləği Kreditin məbləği
(faiz və komissiya da nəzərə alınmaqla) yerləşdirilən vəsaitin 90%-dən çox ola bilməzyerləşdirilən vəsaitin 60%-dən çox ola bilməz(faiz və komissiya da nəzərə alınmaqla) yerləşdirilən vəsaitin 90%-dən çox ola bilməz(faiz və komissiya da nəzərə alınmaqla) yerləşdirilən vəsaitin 70%-dən çox ola bilməz
Vəsaitin təyinatıSığorta məbləği Sığorta məbləği DepozitDepozit
(faiz hesablanmır)(faiz hesablanmır)(faiz hesablanır)(faiz hesablanır)
Müddətmaksimum 18 aymaksimum 12 aymaksimum 24 ayDepozitin bitmə tarixinə qədər
Faiz dərəcəsiİllik 30%İllik 25%İllik 20% - 24% Əmanətin cəlbetmə faizi + 19%
Komissiya1%1% (min.10 AZN)1%1%