20 C
Baku
Wednesday, April 24, 2024

Varlı və kasıb insanların vərdişləri

Demək olar ki, əksəriyyətimiz varlı olmağa can atır. Lakin yalnız bir neçə insan uğura nail ola bilir. Bu cür vəziyyətin müxtəlif səbəbləri ola bilər. Məsələn, ağıl resursların çatışmazlığı, şablon tərzdə nitq, biznes aparmaq bacarıqların olmaması, təhsilin olmaması və s. 

Forbesin statistikasına əsasən, ən varlı insanların arasında amerikalıların 70%-i müstəqil olaraq öz sərvətlərini qazanırlar. Hər bir varlı insanın öz uğur yolu var. Buna baxmayaraq, varlı insanları birləşdirən ümumi vərdişlər mövcuddur.

Analitik Tomas Korli (Thomas Corley) diqqətlə 128 kasıb və 233 varlı insanların vərdişlərini araşdırmışdı.

Tədqiqatın nəticələri göstərmişdi ki, insanların vərdişləri onların maddi vəziyyətinə təsir edir.

Biz sizə tədqiqat nəticəsində müəyyən olunmuş vərdişləri təqdim edəcəyik. Hansı vərdişlərin varlı, hansıların isə kasıb insanlara xas olduğunu özünüz müəyyən etməyə çalışın.

Vərdişlər:

  • İş başlamamışdan 3 saat öncə oyanmaq
  • İşlərin planlaması
  • Ayda 5 saatdan çox internetdən istifadə etməmək
  • Boş vaxtında audio kitablara qulaq asmaq
  • Gündə 30 dəqiqədən az olmayaraq kitab oxumaq
  • Kitab oxumağı sevmək
  • Daim idman hərəkətləri etmək
  • Gündə 1 saatdan çox televizora baxmamaq
  • Mütəmadi olaraq realiti şouya baxmaq
  • Uşaqları düzgün vərdişlərlə tərbiyə etmək
  • Uşaqlar gündə 10 saatdan az olmayaraq könüllü olaraq işləyirlər
  • Uşaqları ayda 2 bədii kitab oxumağa təşfiq etmək
  • Məqsədləri qeydə almaq, yazmaq
  • Müəyyən olunmuş məqsədlərin nail olmasına köklənmək
  • Daim öz üzərində işləmək
  • Düzgün vərdişlərin yeni imkanların yaratdığına inanmaq
  • Pis vərdişlərin həyatımıza mənfi təsir etdiyinə inanmaq
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər