8 C
Baku
Friday, March 29, 2024

Varlılar kimi düşünün

Müəllif: Xarv Eker “Milyoner kimi düşün” kitabından maraqlı məqamlar.

Varlılar əmindir, ki həyatları öz əllərindədir. Kasıblar isə fikirləşir ki, bizdən heç nə asılı deyil.

Varlılar daha da zəngin olmaq üçün işləyir, kasıblar isə işləyir ki, daha da yoxsul olmasın.

Varlılar daha da zəngin olur, kasıblar isə zəngin olmaq arzusu ilə yaşayır.

Varlılar qlobal düşünür. Kasıblar isə hər şeyə dayaz yanaşır.

Varlılar imkanları nəzərdən keçirir. Kasıblar isə əngəllərdə ilişib qalır.

Varlılar müvəffəqiyyət qazanmış və zəngin sərvətləri olan insanlara heyranlıqla yanaşırlar. Kasıbları isə zənginlik və uğur qıcıqlandırır.

Varlılar zəngin və uğurlu insanlar ilə ünsiyyət saxlayır. Kasıblar isə yoxsul və uğursuz insanlar ilə əlaqə saxlayır.

Varlılar özlərini və öz ləyaqətli tərəflərini göstərməyi, qabartmağı xoşlayır. Kasıblar isə heç bir reklam növünü sevmir.

Varlı insanlar öz problemlərindən daha yuxarıda dayanır. Kasıblar isə öz problemlərini şişirdirlər.

Varlı insanlar taleyin hədiyyəsini qəbul etməyi bacarırlar. Kasıblar isə yox.

Varlılar öz zəhmətlərinin nəticəsinə görə pul almağı üstün tutur. Kasıblar isə işlədikləri saatın miqdarına görə pul almağı xoşlayır.

Varlılar «həm o, həm o biri» variantı seçməyi xoşlayır. Kasıblar isə ya o, ya da o biri variantını seçməyə məcbur olurlar.

Pul varlılara işləyir. Kasıblar isə puldan ötrü işləyir.

Varlılar ehtiyat etmədən hərəkət edir. Kasıbları isə qorxu hərəkət etməyə qoymur.

Varlılar həyatların hər bir anında öyrənir və böyüyürlər. Kasıblar isə  kifayət qədər bildiklərini düşünürlər.

Xarv Eker

Əgər siz naz nemətlərin bolluğu içərisində və heç nəyə ehtiyac duymadan yaşamaq istəyirsinizsə, onda sadəcə taleyinizin öz əllərinizdə olduğuna, öz həyatınızı, xüsusi ilə də onun maliyyə tərəflərini özünüz idarə etdiyinizə inanmağa borclusunuz. Əgər siz buna inanmırsınızsa, onda deməli, siz həyatınıza və onda baş verən hadisələrə  təsir edə bilmədiyinizi  hesab edirsiniz və nəticə etibarı ilə onun maliyyə tərəfini demək olar ki, nəzarətdə saxlaya bilmirsiniz. Belə yanaşma heç də sizi daha varlı etməyəcək.

Siz nə vaxtsa fikir vermisiniz ki, yalnız varlı olmayan insanlar ətək-ətək pulu lotereya biletlərinə sərf edə bilərlər. Onlar əmindirlər ki, var dövlət onlara yalnız bir yolla qismət ola bilər, lototrondan çıxarılan üstündə ad yazılmış kağız vasitəsi ilə. Onlar bütün şənbə gecələrini gözlərini ekrandan çəkməyərək televizor qarşısında keçirir, bəlkə bu dəfə bəxtlərinə uduş çıxacağını və «göydən onların başına pul yağacağını» gözləyirlər.

Əlbəttə heç kəs lotereyada udmaqdan imtina etməzdi, hətta varlı adamlar da arada bir əylənmək üçün loto bileti alır. Amma birinci növbədə, onlar öz gəlirlərinin yarısını bunu sərf etmir, ikincisi isə cek-pot onlardan ötrü sərvət qazanmağın yeganə imkanı, üsulu  deyildir.

İnanmaq lazımdır ki, uğuru siz özünüz yaradırsınız, orta gəlirlərinizi özün əldə edirsiniz, həyatınızı özünüz qurursunuz, bu həyatda xoşbəxtlik və pul uğrunda mübarizə aparmaq lazım gəlir. Bilərəkdən və ya bilməyərək yalnız siz öz həyatınıza dəyişikliklər daxil edə biləsiniz  (iradi və ya qeyri olsa da).

Öz həyatlarına görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə kasıb insanlar qurban rolunu oynamağı üstün tuturlar.  Qurbanın əsas fikri «Ay aman, mən nə kasıbam» olur və sonda özünü-təlqin qanunun şərtlərinə uyğun olaraq o, məhz bu nəticəyə gəlib çıxır, yəni kasıb olur.

Mənim sözlərimə diqqət yetirin: mən dedim ki, onlar qurban rolunu oyanır, amma mən demədim ki, onlar həqiqətən də qurbandırlar. Düşünürəm ki, onlar ona görə bu rolu oynayırlar ki, onun ətrafdakılardan nə isə əldə etməyə kömək olacağına ümid edirlər. Bir az irəlidə biz bu fenomeni daha ətraflı şəkildə nəzərdən keçirəcəyik.

İnsanın qurban obrazında yaşamasını necə müəyyən etmək olar? Burda üç başlıca əlaməti ayırd etmək olar.

Onlar haqqında danışmaqdan öncə, istəyirəm ki biləsiniz: mən heç bir vəchlə bu davranış tərzini bu kitabların oxuyucuları ilə assosiasiya etmirəm.  Amma ola bilər ki (yalnız ehtimal) siz bunları etmək olan bir insan tanıyasınız. Ola bilər ki, (yenə yalnız ehtimal) siz onu çox yaxından tanıyırsınız.  Istənilən halda bu bölməyə xüsusi diqqət yetirin

Qurbanın birinci əlaməti: günahlandırma

Maliyyə çatışmazlıqlarından söhbət düşəndə qurbanların bir çoxu, «günahkarı tap» adlı virtuoz oyun oynamağa başlayırlar, oyunun məqsədi mümkün qədər çox insanı günahkar olaraq göstərməkdir, bircə özünə heç vaxt növbə çatmır, yəni öz probleminin səbəbkarı özündən başqa hər bir kəs ola bilər. Bu əsl əyləncədir, ən azından qurban üçün. Təəssüf ki, təsadüfən yaxınlıqda olan insanlar isə bu əyləncəyə qoşulmur, onu paylaşmır. Ona görə ki, qurbanın yaxın ətrafında olan insanlar ilk olaraq bu ittiham atəşlərinə tuş gəlirlər.

Qurbanlar iqtisadiyyatı, hökuməti, fond bazarını, öz brokerlərini günahlandırır, həmçinin öz biznes sferasını, öz müdirini, öz işçilərini, öz baş menecerini, baş icraçı direktorunu günahlandırır, həmçinin mərkəzi ofisi, yuxarıda və ya aşağıda dayanan təbəqələri, müştəri xidmətini, nəqliyyat sexinin rəisini, tərəfdaşını günahlandırır, hətta öz həyat yoldaşlarını belə günahlandırırlar. Təbii ki, daha bir günahkar Allahdır, ümumiyyətlə isə hər bir şeyin səbəbkarları valideynlərdir. Onlar hər şeydə, istənilən bir yerdə günahkar tapa bilərlər, bircə özlərini günahkar saymırlar.

Qurbanın ikinci əlaməti: özünə bəraət qazanma

Əgər qurban heç kəsi günahlandırmırsa, o tez-tez situasiyanı belə ifadələrlə izah edərək, baş verənlərə izahat gətirərək, özünə bəraət qazanmağa çalışır. «Pul -ən vacib deyil». Gəlin sizə belə bir sual verək, əgər siz desəydiniz ki, sizin xanımınız, dostunuz, tərəfdaşınız və ya həmkarınız sizin üçün heç bir dəyər kəsb eləmir, sizcə onlar sizin yanınızda uzun müddət qalardılar? Düşünmürəm, pullar ilə də eyni vəziyyətdir, siz onlara dəyər vermədikcə onlar sizdən qaçaq düşür.

Seminarlarımda mənə yaxınlaşıb, «Bilirsiniz Xarv, pul elə böyük əhəmiyyət daşımır», deyən dinləyicilərin sayı heç də az deyil. Mən onların bir-başa gözlərinə baxaraq deyirəm: «Yəqin ki, sizin cibinizdə heç qara qəpikdə yoxdur. Haqlıyammı?» Onlar baxışlarını yerə dikərək, bu tip nə isə mızıldayırlar: «Düzü, son zamanlar mənim bir az maliyyə çətinliklərim var, amma… » «Xeyr, -mən onların sözünü kəsirəm, təkcə indi, ya son zamanlar deyil, siz demək olar ki, həmişə sıfırda olursunuz və artıq bundan qaça bilmirsiniz, elə deyil?» Bu suala isə onlar adətən razılıq əlaməti olaraq başlarını qabağa əyirlər və üzgün, lakin qulaq asmağa və öyrənməyə hazır şəkildə gedib yerlərində əyləşirlər. Çünki onlar nəhayət ki, başa düşüblər ki, belə bir inam onların həyatına nə qədər fəlakətli təsir göstərmişdir.

Əlbəttə, onların heç bir qəpiyi də yoxdur, əgər sizə motosiklet lazım olmasaydı, siz onu alardınız? Əlbəttə  ki, yox. Öz evinizdə balaca tutuquşu saxlayardınız, əgər onu tamamı ilə lazımsız hesab etsəydiniz. Yenə də yox.  Pullar ilə də eyni vəziyyətdir: əgər siz hesab edirsiniz ki, onlar sizə lazım deyil, gözləməyin ki, onlar sizdə olacaq.

Dostlarınızı belə bir fokusla mat qoymağa çalışın. Təsəvvür edin ki, siz elə bir tanışınızla danışırsınız ki sizə deyir ki, pul heç də həyatda ən vacib şey deyil. Əlinizi alnınıza qoyun, ciddi şəkildə göyə doğru baxın, sanki siz yuxarıdan informasiya alırsınız, sonra işə qışqırın: «Axı sənin heç pulun yoxdur!» Sizin məəttəl qalmış dostunuz soruşacaq ki, sən bunu haradan bilirsən; sonra isə əlinizi uzadaraq deyin ki, «səni daha nə maraqlandırır, beş manat versən cavab verərəm!»

Gəlin açıq danışaq: kim ki, deyir, pulun heç bir əhəmiyyəti yoxdur, o –yoxsuldur! Varlı insanlar pulun nə qədər vacib olduğunu və bizim dünyada nə kimi rol oynadığını yaxşı başa düşürlər. Və tam əksinə, kasıb insanlar öz ödəmə qabiliyyətlərinin olmamasına bəraət qazandırıraq yersiz müqayisələrə əl atır: «pul, sevgi qədər vacib deyil-onlar əsaslandırmağa çalışır». –Amma bu sadəcə axmaqlıqdır. Hansı vacibdir ayaq ya əl? Bəlkə, ola bilsin ki, onlar hamısı eyni dərəcə vacibdirlər.

Qulaq asın, dostlarım mənim:  pullar çox vacibdir, əgər onlara nə isə almaq mümkündürsə, amma əgər onlarla heç nə almaq mümkün deyilsə, belə təqdirdə pullar heç də vacib deyil. Baxmayaraq ki, dünyanı məhəbbət idarə edir, nə xəstəxanaların tikilməsini, nə də kilsə və ya bina xərclərini məhəbbət vasitəsi ilə ödəmək olmur. Həmçinin o aclığı keçirməyə də kömək etmir.

Ödəmə qabiliyyəti prinsipi
Pullar çox vacibdir, əgər onlara nə isə almaq mümkündürsə, əgər onlara heç nə almaq mümkün deyilsə, onda pullar heç vacib deyil.

Inandırıcı deyil? Sevgi ilə hesabları ödəməyə çalışın. Yenə də razı deyilsiniz? Onda banka gedin və öz hesabınıza bir az sevgi qoymağa çalışın, görün nə baş verəcək? Yaxşı, ola bilsin bu zarafatdır, yoxsa bank işçisi hesab edəcək ki, siz dəlixanadan qaçmısınız. Onda sizin ondan eşitdiyiniz yeganə şey qışqırıq olacaq : Mühafizə!

Heç bir zəngin insan hesab etmir ki, pul mənasızdı, ya lazımsızdır. Əgər mən sizi inandıra bilməmişəmsə və siz hələ pulun boş şey olduğunu düşünürsünüzsə onda sizə deyəcəyim cəmi iki söz qalıb: siz yoxsulsunuz və yoxsul olaraq da qalacasınız, ta o zamana qədər ki, bu qeyri-produktiv fikri başınızdan uzaqlaşdırıb, özünüzə  müvafiq maliyyə proqramını qurmayacaqsınız.

Qurbanın üçüncü əlaməti: şikayətlər. 
Sizin sağlamlığın və rifahın üçün şikayətlənməkdən zərərli heç nə yoxdur.

Mən səmimi qəlbdən universal qanuna inanıram. Diqqət mərkəzində olan hər şey getdikcə daha da böyüyür və nəhəng ölçülər əldə edir. Siz şikayətlənəndə diqqət mərkəzində nə olur? Sizin varlığınız müsbət və ya mənfi tərəfləri? Tamamı ilə aydındır ki bu zaman əsas diqqət neqativ məsələlərə yönəlir, diqqət mərkəzində olan hər bir şeyin nəhəng ölçülər aldığına görə, siz həyatınızda olan pis şeylər də daha da böyüyür.

Şəxsiyyətin böyüməsinə dair treninqlər verən müəllimlərin əksəriyyəti, cazibə qanunu haqqında danışırlar. «Oxşarlar özünə oxşarlar tərəfindən cəzb olunur». Bizim halda isə bu o anlama gəlir ki, şikayətlər xoşagəlməz hallara səbəb olur, özünə mənfilikləri cəzb edir.

Ödəmə qabiliyyəti prinsipi

Şikayət edərək siz xoşagəlməzliklər üçün canlı maqnitə çevrilirsiniz.
Siz fikir vermişiniz ki, həmişə ah-zar edən insanlara doğurdanda çətin həyat qismət olur. Yəni onların həyatı heç də şirin alınmır. Necə deyirlər. «Niyyətin hara, mənzilin də ora». Adamda belə təəssürat yaranır ki, onlar nəyə əl atırlarsa puça çıxır, heç nə də bəxtləri gətirmir. «Axı mən necə şikayətlənməyim ki, mənim həyatım belə bərbaddır, sanki bu bitməyəcək bir qara zolaqdır»-onlar deyirlər.  Indi səbəbləri biləndən sonra bəlkə onlara belə cavab verəsiniz, «yox, məhz sənin belə şikayət etdiyinə görə də həyatın belə pis alınır, ona görə bərbad olur». Bəsdir şikayət elədin və mümkünsə də məndən bir az kənar dur.

Gəlin yekun vuraq. Siz tamamı ilə əmin olmalısınız ki, sizin yanınızda heç bir «şikayətçi» yoxdur. Əgər onlarda uzaqlaşmaq mümkün deyilsə, onda özünüzlə dəmir çətir gəzdirin, əks təqdirdə onlar üçün nəzərdə tutulmuş xoşagəlməzliklər sizin də başınıza gələcək

Mən bu cür «inləyən» insanlardan mümkün qədər uzaq durmağa çalışıram. –çünki onlar neqativ auraya malikdir və onların neqativ enerjisi də, özünə neqativ cəzb edir. Bu sanki yoluxucu bir xəstəlikdir. Bəziləri isə əksinə kimin isə giley-güzəranına qulaq asmağa xoşlayır, nəyə görə?  Ona görə ki, öz danışmaq növbələrini gözləyir: elə bilirsən ki, bu dəhşətdir? Gözlə, qulaq as gör, mənim başıma nə gəlib.

Ev tapşırığını yerinə yetirin. Söz verirəm ki, o sizin həyatınızı dəyişəcək. Növbəti yeddi gün ərzində şikayətlənməyi sizə qadağan edirəm. Təkcə sözdə deyil, həm də qəlbinizin dərinliyində. Amma bir həftədən az özünü saxlamaq olmaz. Niyə? Çünki ilk bir neçə gün ərzində  sizi öncədən qalmış ədavətlər izləyə bilər, onlar keçmişdən sizə doğru uzanır. Təəssüf ki xoşagəlməzliklər işıq sürəti ilə yoxa çıxmır. Onlar sizin bildiyiniz kimi, xoşa gəlməzlik sürəti ilə yoxa çıxır və onlardan tamamı ilə qurtulmaq, uzaqlaşmaq üçün müəyyən zaman tələb olunur.

Mən bu məsləhəti minlərlə insan vermişəm, onlardan cavab reaksiyası aldıqca, bu balaca tapşırığın insan talelərinə necə təsir göstərdiyini görməkdən və təəccüblənməkdən doymaq bilməmişəm. Təminat verirəm: siz həyatınızın necə köklü dəyişikliyə uğrayacağına çox təəccüblənəcəksiniz. Siz həyatınızda baş verən pis məqamlara, xoşagəlməz hallara fikir vermədikcə onlar daha özləri kimi yeni pislikləri cəzb etməyəcək. Əgər siz həyatdan şikayətlənməyə meillisinizsə, hələ ki, uğur haqqında düşünməyin. Çoxları üçün hətta uğursuzluqların olmaması belə yaxşı başlanğıc hesab oluna bilər.

Günahlandırma, bəraət və şikayətlər dərman həblərinə oxşayır. Onlar sadəcə stressin səviyyəsini azaldırlar. Onlar uğursuzluqdan dolayı yaranan psixoloji yorğunluğu, ağrını yüngülləşdirir. Bu haqda düşünün. Əgər insan müxtəlif formalı və ölçülü çətinliklərə düşməsə idi, o özünə bəraət qazanmağa, günahkar axtarmağa və şikayətlənməyə çalışardımı? Cavab aydındır: əlbəttə ki yox.

Bundan sonra kimi isə günahlandırdığınızı, və ya dərd çəkdiyinizi, gileyləndiyinizi hiss edəndə, dərhal dayanın. Yaddan çıxarmayın ki, öz həyatınızı özünüz qurursunuz. Hər halda siz ona daha pis şeylər və daha yaxşı nə isə gətirə bilərsiniz. Fikirlərinizi və sözlərinizi ehtiyatla seçin. – Bu son dərəcə vacibdir.

İndi isə mən sizə dünyanın ən böyük sirrlərindən birini aşacağam. Hazırsınız? Diqqətlə oxuyun: varlı qurbanlar olmur. Başa düşürsünüz? Bir də təkrar edirəm. Varlı qurbanlar olmur. Bir də axı, kim onların şikayətlərin ciddiyə qəbul edərdi? «Oy-oy-oy. Mənim yaxtamı elə möhkəm cızılıb ki. Ən çox ehtimal olunan cavab belə olardı, zarafat edirsən?»

Ödəmə qabiliyyəti prinsipi

Varlı qurbanlar olmur!

Bütün bunlarla yanaşı, qurban rolunun özünün də üstün cəhətləri vardır. Qurban nəyə ümid edə bilər? Cavab çox sadədir: «diqqətə». Diqqət çoxmu vacibdir? Şübhəsiz ki, hə. Bu və ya digər dərəcədə, bizlərdən əksəriyyəti özünə qarşı müəyyən qədər diqqətə ehtiyac duyur. Nəyə görə insanlar buna bu qədər can atır? Onlar çox prinsipial səhvə yol verirlər. Elə bir səhv ki, mahiyyət etibarı ilə bizlərdən hər biri belə səhvə yola verə bilər. Biz diqqəti sevgi ilə dəyişik salır, bizə olan diqqətdə sevgi görmək istəyirik.

Mənə inanın, daima kəskin və təmin olunmamış diqqətə ehtiyac duyaraq, sözün əsl mənasında xoşbəxt və müvəffəqiyyətli insan olmaq mümkün deyil. Diqqətə olan aclıq, tamah hissi istər-istəməz insanları ətrafdakılardan asılı vəziyyətə salır. Hamıya xoş gələn istənilən bir xoş sözlə özünü ortaya atan insana çevrilmək təhlükəsi böyükdür.

Diqqətdə olmaq naminə, insan tez-tez axlamqlıq etməkdən də çəkinmir, bu isə artıq başqa bir problemə çevrilir.
«sevgi» və «diqqət» anlayışları arasındakı fərqi qətiləşdirmək çox mühümdür.  Bu nəyə gətirib çıxaracaq? Birincisi siz daha uğurlu, ikincisi daha xoşbəxt olacaqsınız, üçüncüsü sizin həyatınızda əsl sevgiyə də yer tapılacaq. Əksər hallarda, sevgi və diqqət arasında fərqi başa düşməyən insanlar, həqiqətən, gerçək sevgi ilə, sözün əsl mənasında sevməyi bacarmırlar. Belə insan öz eqosu pozisiyasından sevir: «mən sənin mənim üçün etdiklərini sevirəm» Buna görə də münasibət ilk növbədə sizdən asılı olur, siz tərəf-müqabilinizdən və ya sizin hər ikinizdən deyil.

Bu anlayışlar arasında fərqi dərk edərək, siz insanı onun olduğuna görə, yəni onun öz şəxsiyyətinə görə sevəcəksiniz, sizdən ötrü etdiklərinə görə deyil.

Dediyim ki, varlılar qurban olmur. Qurban rolunda qalmaqda davam edərək, hamıdan diqqət umanlar tamamı ilə əmin ola bilərlər ki, onlar varlı ola bilməyəcəklər.

Seçim etmək məqamı gəlmişdir. Ya qurban olmaq olar, ya da varlı. Amma hər ikisi eyni anda mümkün deyil. Qulaq asın! Hər dəfə, sözün hərfi mənasında, hər dəfə, siz özünüzə haqq qazandıranda, kimisə ittiham edəndə və ya şikayətlənəndə, siz öz maliyyə durumunuza daha da böyük zərər toxundurur, bir növ ona ölümcül zərbə endirirsiniz. Sanki maliyyə durumunuzun hülqumunu kəsirsiniz. Mən bəlkə də daha yumşaq müqayisə ilə kifayətlənə bilərdim, amma sizə buna ümid olmayın. Fikirləşmirəm ki, burda daha yumşaq və ya mülayim olmağa yer var, həm də deyilən sözlərə fikir vermək lazımdır. Axı mən sizin gözlərinizi açmalıyam, lənət Şeytana, görün bir, siz özünüzü nə hala salırsınız! Siz sonra varlananda mən onda daha mülayim və daha sadiq olacağam, danışdıqmı?

Öz gücünüzü toplamaq, öz həyatınızı özünüzü yaratdığını və bu gedişlə onu pis hala saldığınızı etiraf etmək vaxtıdır. Dərk edin ki, istər varlanmaq olsun, istər kasıbçılıq, ya da var-dövlətə aparan yolun digər pilləsi, hansı mövqedə dayanmağınızı məhz siz seçirsiniz və bu yalnız və yalnız sizdən asılıdır.

Bəyannamə. Əlinizi ürəyinizin üstünə qoyaraq deyin. Öz təminat səviyyəmə görə yalnız mən cavabdehəm. Alnınıza toxunun və deyim, mən milyoner kimi düşünürəm.

Son xəbərlər
Digər xəbərlər