13 C
Baku
Friday, April 19, 2024

Vaxtın qavraması ilə bağlı 5 fakt

1)  Avtomobil qəzası zamanı və ya paraşütlə tullanarkən vaxtın gediş sürəti zəifləyir, çünki bu zaman beyin bir vaxt vahidi ərzində daha çox element, zərrə emal etmək məcburiyyətində qalır. Yaddaşda da bu hadisələr daha detallı şəkildə formalaşır.

2)  Bir ömür ərzində bizim qazana biləcəyimiz subyektiv təcrübənin miqdarı məhduddur. 20 yaşına qədər insan bu təcrübənin yarısını toplamış olur. 40 yaşına qədər isə təcrübənin 70%-i qazanılır, ümumilikdə isə ömrün uzun olması təcrübənin ölçüsünə elə də böyük təsir göstərmir. Həmçinin insan 20 yaşına qədər həyatda üzləşəcəyi bütün təəssüratların yarısı barədə təcrübə əldə edir. Qalan 50% isə onun ömrünün müxtəlif mərhələləri arasında paylanılır.

3) Yaş ötdükcə vaxtın hərəkəti həqiqətən də sürətlənir. Bu yuxarıda qeyd etdiyimiz səbəbdən baş verir. Biz nə qədər çox yaşlanırıqsa, qəbul etdiyimiz təəssüratların sayı azalır, biz həyatdan yeni təəssüratlar ala bilmirik.

4) Növbədə sizin qarşınızda dayanan insanlar öz işlərini çox gec görürlər? Bəlkə söhbət təkcə vaxtın qavranmasında getmir. Araşdırmalar göstərir ki, kişilər əgər növbədə onların arxasında dayanan insan status baxımından daha yüksək olsa (daha yaraşıqlı, zəngin, hakimiyyətə və gücə malikdirsə) bu amil onları tələsdirəcək və onlar işlərini daha tez qurtarmağa çalışaraq, onlar həmin insanı çox gözlətməyəcək. Və əksinə öz arxalarında daha aşağı statusdan olan şəxs görsələr, o qədər də tələsməyəcək və əksinə onu bir az da ləngidəcəklər. Qadınlar ilə bağlı belə bir effekt müşahidə olunmur. Ola bilər ki, kişilər dominantlıq etməyə daha çox meyllidir, səbəb də bununla bağlıdır.

5)  Tamamı ilə intuisiya zidd müşahidə: könüllü proqramlarda iştirak insanı daha çox  iş çatdırmağa kömək edir. Digərlərinə kömək etmək, müstəsna məhsuldarlıq ilə keçirilmiş vaxt kimi qəbul olunur. Bu insanları daha çox yeni nailiyyətlə, effektivliyə və xoş əhval ruhiyyəyə yükləyir kökləyir.

Son xəbərlər
Digər xəbərlər