23 C
Baku
Tuesday, April 23, 2024

Venesuela milli kriptovalyutasının emissiyasına başlayıb

Venesuela Prezidenti Nikolas Maduro ilk milli kriptovalyuta – petronun emissiyasına başlandığını elan edib. “RİA Novosti” agentliyinə istinadən, bu barədə VTV kanalı məlumat yayıb.

“Venesuelanın zənginlikləri ilə təmin edilmiş 100 mln. petronun emissiyasına əmr vermişəm. Hər bir petro bir barel Venesuela nefti dəyərində olacaq. Petronun yaranması barədə akt isə yanvar ayının 14-də təqdim ediləcək”, – deyə Prezident açıqlama verib.

Xatırladaq ki, “petro” sözü ispan dilində “petroleo” sözündən yaranıb, tərcümədə “neft” deməkdir. Venesuela Prezidenti ilk dəfə milli kriptovalyutanın yaradılması barədə açıqlamanı ötən ilin dekabr ayında verib. Maduronun sözlərinə görə, petro ölkənin maliyyə blokadasından yayınmağa kömək edəcək. Qeyd edək ki, Venesuela Prezidenti milli kriptovalyutanın təmin edilməsi üçün 5 mlrd. barel neft ayırıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər