13 C
Baku
Friday, April 19, 2024

Venesuela OPEC+ ölkələrini yeni qiymət mexanizmi hazırlamağa çağırıb

Venesuela Prezidenti Nikolas Maduro OPEC+ ölkələrini neft bazarında qiymətləri tənzimləmək üçün valyuta səbətindən istifadə etməyə çağırıb. “TASS” agentliyinə istinadən, bu barədə N.Maduro Rusiyada keçirilən energetika həftəsində açıqlama verib.

Onun fikrincə, OPEC+ ölkələri spekulyantlardan asılı olmamaq üçün neft qiymətlərinin formalaşmasında yeni mexanizmlərdən istifadə etməlidir: “Rusiya, İran, S.Ərəbistanı, Əlcəzair və Venesuela demək olar ki, hər gün neft bazarını birgə təhlil edir. Həmçinin, neft qiymətlərinin gələcəyi üçün yeni mexanizm imkanlarını da araşdırırıq. Əvvəllər OPEC çərçivəsində belə bir hadisə olmayıb. Neft bazarını idarə etmək üçün yeni mexanizmlərin işlənib hazırlanması zərurirəti yaranıb. Bu mexanizm, neft fyuçersləri ilə spekulyasiyaların qarşısını almaq üçün vacibdir”.

N.Maduro əlavə edib ki, Venesuela neft satışında valyuta səbətini tətbiq etməyə başlayıb: “Bu səbətdə yuan, rubl, avro və dollardan istifadə olunur. Valyuta səbəti bazarda yeni parametrlərin tətbiqinə imkan yaradır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər