Venesuela prezidentinə sui-qəsd – VİDEO

Venesuela prezidenti Nikolas Maduronun ölkə paytaxtı Karakasda Bolivar Milli Qvardiyasının yaradılmasnın növbəti ildönümündə çıxışı zamanı partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli El Observador nəşri yazıb.

Dövlət başçısının nitqi canlı efirdə yayımlanıb. YouTube-də peyda olmuş televiziya kadrlarında Maduronun niqtini yarımçıq saxlayıb havaya baxdığı görünür.

Onun həyat yoldaşıı Kiliya Floresdə yuxarı baxır, sonra kamera paradda iştirak edən əsgərlərdən birini çəkir. Növbəti ümumi kadrda isə hərbi qulluqçuların qaçmağa başladığı göstərilir.

Prezident təxliyə olunub. Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes mətbuata açıqlamasında ölkə prezidentinə sui-qəsd olduğunu təsdiqləyib.

Hücum edənlər partlayıcı bərkidilmiş drondan istifadə ediblər. Qurğu Maduronun çıxış etdiyi səhnənin önündə işə düşüb. Altı qvardiya əsgəri yaralanıb, prezidentin özü isə xəsarət almayıb.

Hadisədən sonra Venesuelanın “Soldados de Franelas” silahlı qruplaşması Nikolas Maduroya qəsdə görə məsuliyyəti öz üzərinə götürüb və bu barədə məlumatı Twitter-də yerləşdirib.