27 C
Baku
Wednesday, April 24, 2024

Vergi naziri kimi Mikayıl Cabbarovun vətəndaşlarla ilk görüşü bu rayonlarda olacaq

Vergilər naziri Mikayıl Cabbarov Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Vətəndaşlarla sonuncu dəfə sabiq vergilər naziri ötən ilin dekabrında Ağdaşda görüşmüşdü və bu yeni posta təyinat almış Mikayıl cabbarovun ilk görüşüdür.

Vergilər naziri Mikayıl Cabbarov 27 fevral 2018-ci il tarixində saat 11:00-də Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında  (Ünvan: G.Şıxbala oğlu küç., 14) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 23-26 fevral 2018-ci il tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunub ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər