26 C
Baku
Wednesday, April 24, 2024

Vergi ödəyicilərinin “Fərdi elektron qutu”lardan istifadə səviyyəsi qaneedici deyil – nazirlik

Bunu qurumun Kiçik Sahibkarlıqla iş Departamentinin Vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev deyib
Bakı. 18 may. REPORT.AZ/ “Azərbaycanda vergi ödəyicilərinin “Fərdi elektron qutu”lardan (sahibkarın şəxsi elektron kabineti) istifadə getdikcə artsa da, hələ ki, vergi ödəyicilərinin ümumi sayına münasibətdə proses qaneedici səviyyədə deyil”.

Vergilər Nazirliyinə istinadən, bunu qurumun Kiçik Sahibkarlıqla iş Departamentinin Vergi ödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev deyib.

Onun sözlərinə görə, təcrübədə, bəzən, elə vergi ödəyicilərinə rast gəlmək olur ki, onlar elektron qutudan istifadəni mürəkkəb bir proses hesab etdiklərinə görə bu xidmətdən istifadə etmirlər: “Halbuki elektron qutudan istifadənin əsas prinsiplərini izah etdikdən sonra onların böyük əksəriyyəti bu xidməti artıq özlərinin vərdiş etdikləri elektron məktublarla müqayisə edərək bu sistemin sadəliyini başa düşürlər. Fərdi elektron qutular müasir zamanda hər kəsin istifadə etdiyi məktublaşma servisləri qədər sadədir”.

M.Quliyev həmçinin bildirib ki, internetə çıxışı məhdud olan ödəyicilər Vergilər Nazirliyinin müxtəlif bölgələrdə yaratdığı vergi ödəyicilərinə xidmət terminallarından e-qutuya məlumat göndərə bilərlər: “Biz, həmçinin müxtəlif üsullarla vergi ödəyicisinin e-qutusunda oxunmamış məktubların olması ilə bağlı məlumatın ona ötürülməsinə çalışırıq. Məsələn, vergi ödəyicisinin mobil telefonuna bu barədə mesajın göndərilməsi, yaxud onun elektron ünvanında xəbərdaredici işarənin yerləşdirilməsi və s. Başlıcası odur ki, vergi ödəyicilərinin artıq böyük bir qismi e-qutunun üstünlüklərindən xəbərdardırlar və biz bu istiqamətdə məlumatlandırma və izahat işlərini hər gün davam etdiririk”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər