15 C
Baku
Saturday, April 27, 2024

Vergi tarixindən maraqlı faktlar

XVII əsrdə Fransanın maliyyə naziri Jan Kolber belə deyərdi: «Vergi qoyuluşu –qazın tüklərini yolmağa bərabərdir, onu elə məharətlə yolmaq lazımdır ki, maksimim tük və minimum qışqırıq əldə edəsən».

Vergilər – bu gün

Ümumiyyətlə isə, hələ Foma Akvinskiy vergilərə qanuni qarət üsulu kimi tərif vermişdir. Amma razılaşın ki, hər hansı bir formada olsa da vergiləri ödəmək lazımdır və əslində bu çox gərəklidir. İlk vergi bəyannaməsi isə Qədimi Misirdə doldurularaq, təqdim edilib.

-Frank kralları isə vergi yığılması işini özlərinin ən qəddar düşmənlərinə həvalə etməyi düşünüb tapmışlar. Əgər vergi ödəyiciləri onları öldürməsə və onlar hər şeyə rəğmən vergiləri toplaya bilsələr çox yaxşı, amma əgər onları öldürsələr bu lap əla olar, vergilər bir dəfə toplanmasa da dözmək olar.

-Və yəqin ki, Frank Kralları çox haqlı olublar. Rus Knyazı İqor kəndlilərin yanına vergi yığmaq üçün gedib, geri isə qalxanın üstündə, yəni ölmüş vəziyyətdə qayıdıb. Amma düzünə qalsa, kəndlilər bu hadisədən sonra beş dəfə daha çox vergi ödəmək məcburiyyətində qalıb.

-Vergi toplayıcısı Tyurunqinin öz təhlükəsizlik məsələsini necə həll etməsi isə daha çox maraq doğurur. O . O, pinçer (qısa tüklü, uzun qulaqlı it cinsi), doq və rotvelyler cinsindən olan itləri cütləşdirərək, xüsusi qəddar köpəklər bəsləməyə başlayır. Həmin vergi toplayıcısının soyadı sizcə nə idi? –Doberman.

Məsələn Türkiyədə uzun müddət İslamı o qədər də möhkəmlətməyə çalışmırdılar. Çünki vergiləri əsasən müsəlman olmayan əhali ödəyirdi və onların İslama gəlməsi xəzinənin boşalması demək idi. Qədimi Ərəb xilafətində isə müsəlman olmayan əhalidən cizyə adlı can vergisi alınırdı.

-Qədimi asteklər isə vergi ödəməsindən yayınan, vergiləri ödəyə bilməyən insaın qapısına yaquar bağlayır, yalnız, lazımı pullar aldıqdan sonra heyvanı açıb aparırdılar.

Qalliyanın hökmdarı Litsiniy daha çox vergi toplamaq üçün, təqvimə iki əlavə ay daxil etmişdir.

Qədim şərqdə yaşayan paslardan biri isə öz təbəələrindən və əhalidən dişlərin xarab olmasına görə vergi alırdı.

-yeri gəlmişkən bəzi qəribə vergilər bu günə qədər öz yaşamını davam etdirir. 1980-ci ildən etibarən Cenevrə və Sürix aeroportlarından havaya qalxan hər bir təyyarə “səs-küyə gör vergi” ödəyir –verginin miqdarı 300 İsveçrə frankıdır.

1993-cü ildə demək olar ki, Venessiyada bütün dükan restoranların və ya emalatxana sahibləri təcili sürətdə öz evlərinin fasadlarından pərdələri, yağış və günəş çətirlərini yığışdırdı. Çünki dövlət orqanları pərdələrdən kommunal torpaq üzərinə düşən kölgəyə belə vergi tətbiq etməyə başlamışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər