22 C
Baku
Thursday, April 25, 2024

Vergilər naziri Mikayıl Cabbarov ABŞ səfirliyi ilə görüşdü

Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekuta ilə görüşüb.

Banker.az bu barədə Nazirliyin Media və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Buna da bax –Sabiq bankir Vergilər nazirliyində direktor təyin edildi

Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsi və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər.

Açıqlamada qeyd edilir ki, görüşdə ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər