15 C
Baku
Friday, March 29, 2024

Versace səhmlərinin 20%-ni satdı

Agence France-Presse-in verdiyi məlumata görə, İtaliyanın modalar evi Versace səhmlərinin 20 faizini Amerikanın investisiya şirkəti Blackstone-a satmağa razılaşıb.

Bloomberg agentliyinin verdiyi məlumata görə, Blackstone şirkəti hər səhmə görə 210 milyon avro ödəyəcək və beləliklə Versace qrupu milyard dollar olaraq qiymətləndirildi. Müqavilə çərçivəsində investisiya şirkəti modalar evinə 150 milyon avro kapital olaraq ödəyəcək və şirkətin 60 milyonluq səhmlərini alacaq.

Versace şirkətindən isə bildirirlər ki, Versace ailəsi əvvəlki kimi “şirkətin əsası” olaraq qalacaqlar. Təxminlərə görə, yeni investordan əldə edilən gəlirlər ticarət markasının inkişafına və ticarət şəbəkəsinin genişləndirilməsinə yönəldiləcək. Şirkət 2014-2015-ci illərdə 30 yeni mağaza açmağı planlaşdırır.

Versace modalar evi 1978-ci ildə dizayner Canni Versace tərəfindən yaradılmışdı. O 1997-ci ildə öldürüldükdən sonra biznesi GIVI holding vasitəsilə Versace ailəsi idarə edir.

Son xəbərlər
Digər xəbərlər