23 C
Baku
Saturday, April 20, 2024

“Veysəloğlu” müxtəlif sahələr üzrə vakansiyalar elan edib

1. Marka Müdiri
Tələblər
  • Marketinq bilgiləri olmalı
  • Ms Office yaxşı bilən;
  • yaşı 25-dən yuxarı xanım namizəd;
  • Dil bilgisi: Azərbaycan və Rus dillərini əla bilməli (mütləqdir), İngilis dilini bilməsi üstünlükdür.
  • Avtomobil və Sürücülük vəsiqəsi olması mütləqdir
  • Ali təhsil mütləqdir. (Marketinq sahəsi üzrə olması üstünlükdür)
  • Marketinq üzrə (Ətriyyat və Kosmetik vasitələr sahəsində) min. 3-5 il təcrübəsi olan

Öhdəliklər

  • Ətriyar və kosmetik vasitələr məhsullarının satışının təşkil olunması.
  • Məhsulların bazarda mövqe tutmasının təşkili.
  • Promo tədbirləri hazırlanması.
  • Marketinq strategiyasının haırlanması.
  • Məhsulların satış yerlərinin müəyyən edilməsi.
Iş şəraiti
  • İş qrafiki: Həftənin 5 günü, istirahət günü – şənbə və bazar.
  • Əmək haqqı müsahibə əsasında formalaşır.
Maraqlanan namizədlər CV’lərini mövzu başlıq yerinə “Marka Müdiri” yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər.

2. Foto və Video Operator
Tələblər
  • İntizamlı və məsuliyyətli olmalı.
  • Professional foto və video çəkiliş bacarığı.
  • Video montaj dizayn proqramlarında işləmək bacarığı (adobe premier, edius və s.).
  • Foto montaj proqramlarında işləmək bacarığı

Öhdəliklər

  • Foto və video çəkilişlərin həyata keçirilməsi.
  • Məhsulların relam üçün foto çəkilişləri.
  • Tədbirlərin videoçəkilişinin aparılması, montajlanması.
  • Foto və video çəkilişlərin montajlanması və arxivləşdirilməsi.
Iş şəraiti
  • Həftədə 5 iş günü (09:00-18:00).
  • Nahar şirkət tərəfində verilir.
  • Avtobus servis xidməti fəaliyyət göstərir.
  • Əmək haqqı müsahibə əsasında formalaşır.

Maraqlanan namizədlər CV’lərini mövzu başlıq yerinə “Foto və Video Operator” yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər.


Daha ÇOX vakansiyalar üçün ProDev səhifəsini bəyən!

3. “Vergi uçotu üzrə Böyük Mühasib” vakansiyasını elan edir.
Vəzifə Öhdəlikləri:
  • DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab –daxil və göndərilməsinə nəzarət
  • Vergi hesabatlarının BTP proqramında işləməklə (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət,Əmlak,Torpaq)
  • hazırlanması və təqdim edilməsi
  • Vergi, əmək ,gömrük qanunvericiliyində baş verən dəyişiklikləri nəzərdə saxlamalı
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
  • Elektron hökümət portalı, İnternet Vergi İdarəsi, onlayn kargüzarlıqda işləmə bacarığı olmalı
  • Aylıq və illik olaraq daxildə vergi hesabatların hazırlanması və müdiriyyətə təqdim edilməsi
  • Müdriyyət tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Tələblər:
  • İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
  • Əla kompüter bilikləri (Microsoft Office);
  • Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
Maraqlanan namizədlər CV’lərini mövzu başlıq yerinə “Vergi uçotu üzrə Böyük Mühasib” yazmaqla [email protected] mail ünvanına göndərə bilərlər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər