25 C
Baku
Friday, April 19, 2024

Vikipediya gələcəyin ensiklopediyasıdırmı?

2014-cü ilin 15 yanvarında ən məşhur internet layihələrindən biri olan Vikipediyanın «ad günü» qeyd edilmişdi. O, artıq 13 ildir ki, mövcuddur. Uzun illər boyu istifadəçilərin sayına görə lider hesab edilən bir veb sayt üçün 13 il uzun müddətdir.

Yəqin ki, elə bir internet istifadəçisi tapılmaz ki, Vikipediyanın xidmətlərindən istifadə etməsin.

Vikipediyanın banisləri Cimmi Ueyls və Larri Senger bu layihəni 2001-ci ilin yanvar ayında işə salıblar.

Öz sıralarına nəinki mütəxəssisləri, həmçinin könüllü işçiləri cəlb edən Vikipediyanın bugünkü gündə müxtəlif mövzularda 30 milyona yaxın məqalələri var. Adətən Vikipediyada məqalələrin «kütləvi» şəkildə yığıldığına və məqalələrin keyfiyyətli şəkildə yoxlanılmamasına görə Vikipediyanı tənqid edirlər, lakin bu ensiklopediyanın ciddi elmi və akademik nəşr olmadığını başa düşmək lazımdır.

Burada yerləşdirilmiş bütün faktlar təkrarən yoxlanılmalıdırlar. Vikipediyaya «Fond Vikimedia» təşkilatı nəzarət edir. Onun qərərgahı San- Fransiskoda yerləşir. Vikipediya ensiklopediyası BMT-yə bənzəyir- beynəlxalqdır və özündə bir çox ölkələri cəmləşdirir.

Bugünkü gündə Vikipediyada, demək olar ki, 300 dildə məqalələr yerləşdirilir.

İstifadəçilərin saytı ziyarət etməsi sayına görə son illərdə Vikipediya ən böyük və uğurlu internet saytlarının onluğuna daxil olur. Birinci yeri, təbii ki, Google tutur.

Vikipediyanın nə qədər tələbatlı olduğunu başa düşmək üçün belə bir texniki göstəriciyə müraciət etmək olar- bu sayta saniyədə 50 000 sorğu göndərilir.

Vikipediyada rəsmi akademik ensiklopediyada tapa bilmədiyimiz məqalələri oxuya bilərik. Ensiklopediyaya istənilən şəxsin məqalə əlavə edə biləcəyinə baxmayaraq saytda müəyyən bir senzura mövcuddur.

Vikipediyanı qlobal ensiklopediya kimi xarakterizə etmək olar. Uzun illər mövcud olmağına baxmayaraq Vikipediya həm istifadəçilər arasında, həm də beynəlxalq cəmiyyətdə müəyyən nüfuz qazanıb. Öz uğurlu fəaliyyətinə görə internet- ensiklopediya müxtəlif mükafatlar almışdır.

2013-ci ilin dekabrında Vikipediyanın təsisçisi Cimmi Ueyls «Nils Borun qızıl medalı» mükafatına layiq görülmüşdür.

Mükafatın nə qədər nüfuzlu olduğunu başa düşmək üçün qeyd edək ki, həmin mükafatla internetin «atası» Tim Berners- Lİ də təltib olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər