13 C
Baku
Saturday, April 27, 2024

Virtual banklar necə çalışırlar?

Virtual banklar internet şəbəkələri vasitəsi ilə bank xidmətlərini təklif edirlər. İlk belə bir maliyyə təşkilatı ABŞ-da yaranmışdı. Bunun səbəbi ölkənin vətəndaşlarının tez-tez miqrasiya etmələrində idi. Virtual bankların üstün cəhətləri bunlardır: vaxta qənaət etmək, sutkanın istənilən vaxtında ödəniş etmək, pul əməliyyatlarını izləmək imkanı. 

Bugünkü gündə virtual bankların yaradılması istənilən ölkədə mümkündür. Əksər ölkələrin qanunvericiliyə əsasən, belə bir strukturu bank və kredit əməliyyatlarının aparılmasına aid lisenziyası olan istənilən vətəndaş və ya təşkilat yarada bilər. Belə bir xidmətə 2-3 nəfər təcrübəli maliyyəçi nəzərət edə bilər. Xidmətlərin təqdim olunması və idarə olunması prosesi tamamilə avtomatlaşdırıldığı üçün işçilərə və ofis infrastrukturuna ehtiyac yoxdur.

Virtual biznesin əsas mənfəəti maliyyə əməliyyatlarının ucuz olmasındadır. Bunun sayəsində virtual bank kiçik məbləğlərlə əməliyyat edən müştərilərdən belə gəlir əldə edir. Virtual bankın xidmətlərindən yararlanmaq üçün müqavilə imzalamaq lazımdır.

Adətən müqavilə elektron şəkildə bağlanılır. Müştəri şəxsiyyət vəsiqəsinin elektron nüsxəsini təqdim edir. Bank rəhbərliyi müqaviləni tərtib edir, rəhbərliyin və təşkilatın elektron imzalarını qoyur. Bunun sayəsində sənəd tam hüquqi qüvvəyə malik olur.

Yeni müştəriləri xidmətlərin siyahısı və sistemin çalışma qaydası ilə tanış edirlər. Bundan savayı, istifadəçiyə etibarlı təhlükəsiz sistemini seçməyə səlahiyyət verilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər