12 C
Baku
Wednesday, April 24, 2024

Visa ilə müqavilə ehtimalı kriptovalyutanın məzənnəsini 700% artırdı

Banker.az xəbər verir ki, Monaco kriptovalyutasının məzənnəsi onun yaradıcılarının Visa ilə mümkün müqavilə imzalanması barədə öz Twitter hesablarında məlumat paylaşdıqdan sonra, 17 may tarixindən bu günə qədər 695% artıb.

Bununla belə, müqavilə hələ baş tutmayıb.

Rəqəmsal aktiv yaradıcıları öz investorlarına Visa şirkəti ilə müqavilə çərçivəsində kriptovalyutanın da öz növbəsində bağlı olduğu Wirecard ödəniş kartlarının buraxılmasını vəd ediblər.

O zamandan etibarən, nə ödəniş sistemi nümayəndələri, nə də kriptovalyuta yaradıcıları bu kartla bağlı bəyanatla çıxış etməyib.

Bununla belə, Visa şirkəti Monaco ilə müqavilə bağlanması məsələsinin hələ nəzərdən keçirildiyini bildirib. Monaco hazırda İsveçrə şirkəti olaraq qeydiyyatdan keçib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər