VISA kartları üçün mühüm təhlükəsizlik qaydaları

Ödəmə kartına sahib olan hər kəs bilməlidir ki, kartlardan pul oğurluqlarının sayı hər il artır və saxtakarlıq üsulları getdikcə daha da təkmilləşdirilir.

Hazırda yalnız PIN-kodları oxumaq üçün cihazlar deyil, eyni zamanda İnternet vasitəsilə məlumatların oğurlanma üsulları və orijinaldan fərləndirmək çətin olan saxta kartların hazırlanması üçün sistemlər mövcuddur. Cinayətkarların qurbanı olmamaq üçün, aşağıdakı qaydalara riayət etmək lazımdır:

  1. Kartı heç kimə, hətta doğma və yaxınlarınıza da göstərmək olmaz. Hətta pislik etmək istəmədən, onlar təsadüfən konfidensial məlumatı ötürə bilərlər.
  2. ATM və ödəmə terminallarından istifadə edərkən klaviaturanın üzərində oxuma örtüyünün və ya istənilən digər şübhəli modifikasiya qurğusunun olub-olmadığını yoxlamaq lazımdır.
  3. İctimai yerlərdə kartı göz qabağında saxlamaq olmaz, saxtakarlar onun şəklini çəkib sonra isə lazım olan məlumatı əldə edə bilərlər.
  4. İnternetdə PIN-koddan istifadə etmək olmaz, o bunun üçün nəzərdə tutulmayıb. Əməliyyat yerinə yetirmək üçün satıcı yalnız kod, ad, tarix və nömrə tələb edə bilər.
  5. Tələb edən şəxs özünü bank işçisi kimi təqdim etsə belə, PIN-kod və ya CVV2 kodu SMS, elektron poçt və ya digər vasitələrlə göndərmək olmaz.  
  6. Saxtakar saytları tanımağı öyrənmək lazımdır. Onlar, bir qayda olaraq, sadalanan xüsusiyyətlərdən biri və ya bir neçəsinə malik olurlar: pulsuz hostinq, “əyri” və ya olduqca standartlaşdırılmış dizayn, reklamın çoxluğu, sertifikatın mövcud olmaması.
  7. İnternetdə ödəmə edərkən antivirus və 128-bitlik şifrələmə metodunu dəstəkləyən brauzeri olan kompyuterdən istifadə etmək lazımdır.
  8. Onlayn ödəmələr üçün xüsusi kart almaq tövsiyə olunur, hazırda onlar, demək olar ki, bütün böyük banklar tərəfindən verilir. Adi kartdan istifadə zamanı isə onlayn ödənişlər üçün limit təyin etmək tövsiyə olunur.  
📝 RƏY BİLDİR