15 C
Baku
Saturday, April 20, 2024

Visa: Nəyə görə plastik kartdan istifadə etmək nağd puldan daha yaxşıdır?

Plastik kartların insan həyatını asanlaşdırdığı heç kəsə sirr deyil. Kartlar qənaət etməyə kömək edir, onlarla ailə büdcəsini təşkil etmək rahatdır və hətta onların köməkliyi ilə gəlir də əldə etmək mümkündür. Bundan əlavə, plastik kartların nağd pullardan daha yaxşı olduğunu sübut edən bir sıra digər cəhətlər də mövcuddur. Bu cəhətlərin ən faydalı olanları ilə tanış olaq:

Cashback və bonuslar:

Hər yerdə plastik kartınız ilə ödəniş edirsiniz, daha sonra isə xərclədiyiniz məbləğin bir hissəsini pul və yaxud bonus qismində geri alırsınız. Hərfi tərcümədə bu pulların qaytarılması mənasını ifadə edir. Online alış-verişlərdə isə bu termin alıcının aldığı məhsula xərclədiyi pulun bir hissəsinin geri qaytarılması deməkdir. Bu mahiyyət etibarilə bir növ bonus proqramlarını xatırlatsa da, burada söhbət bal və yaxud bonusdan deyil, real pullardan gedir. Belə ki, alıcı alış-veriş etdikdən bir müddət, məsələn 1 ay sonra məhsul üçün ödədiyi məbləğin bir hissəsini geri alır.

 

Geri qaytarılan məbləğin həcmi isə banklardan və cashback təklif edən online mağazalardan asılı olaraq dəyişir. Daha sadə dillə desək, bəzi online mağazalar hər hansı məhsulu məhz onlardan almağınız qarşılığında sizə cashback təklif edirlər. Məsələn, 300 AZN-lik bir smartfonu onlardan əldə etdiyinizdə sizə 50 AZN cashback vəd edir. Bunu bir növ endirim kimi də qəbul edə bilərsiniz. Lakin burada geri qaytarılma alış-veriş anında deyil, 1 ay kimi müddət ərzində qaytarılır. Bundan əlavə, məbləğin cashback olaraq müştəriyə geri qaytarılma həcmi və şərtləri cashback saytlarla əməkdaşlıq edən mağazalardan asılıdır.

Online mağazalarda ödəniş etmək imkanı:

Online mağazalarda məhsullar daha ucuzdur, elə deyilmi? Buna uyğun olaraq da, bir çox insanlar alış-veriş üçün məhz bu mağazalara üz tuturlar. Bu zaman isə belə bir sual yaranır: bəs nə ilə ödəniş edim? Təbii ki, nağd pullar bu zaman sizin köməyinizə gəlməyəcək və bu məqsəd üçün sizə yalnızca plastik kartınız yardım edə bilər.

Xərclərin hesabatı:

Plastik kartla xərclərə nəzarət etmək daha asandır. Bunun üçün isə əksər bankların müasir və rahat mobil tətbiqetmələri mövcuddur. Birincisi, kart üzrə bütün əməliyyatlar burada göz önündədir, ikincisi isə ayın yekununda pullarınızı məhz olaraq nəyə xərclədiyinizi təyin edə bilərsiniz. Müəyyən mənada, bu variant maliyyə hesabatı üçün nəzərdə tutulmuş xüsusi tətbiqetmələrdən daha rahatdır.

Ehtiyac anında sürətli kredit:

Bir çoxlarımızın tez-tez qarşılaşdığı vəziyyət: pulumuz bitib, maaş gününə isə hələ çox var. Təbii ki, dost və tanışlarınızdan bir neçə günlük müəyyən miqdarda borc ala bilərsiniz. Bəs onların verə bilməyəcəyi miqdarda pula ehtiyacımız olduqda nə edə bilərik? Və yenə bizi plastik kart xilas edəcək.

Bir çox banklar heç bir faiz olmadan müəyyən zaman ərzində borc vəsaitlərindən istifadə etmək imkanı verir. Sərfəli kredit şərtləri ilə kartın köməkliyi ilə alış-veriş edirsiniz, borc məbləğini isə kartda sərbəst vəsaitlər olduqda ödəyirsiniz. Lakin bu imkandan yararlanmadan əvvəl bankınızın bu xidmət ilə bağlı təklif etdiyi şərtlərlə yaxından tanış olun.

Son xəbərlər
Digər xəbərlər