13 C
Baku
Saturday, April 27, 2024

Visa plastik kart sahiblərinə nəzarət edəcək

Dünyanın ən məşhur ödəniş sistemi Visa Inc., yeni mobil xidmət təqdim edir və bu xidmətə əsasən şirkət plastik kart sahiblərinin bir yerdən digər bir yerə getmələrinə nəzarət edəcək. Bu qərar kart sahibinin ölkədən və yaxud bir şəhərdən digərinə gedərkən həyata keçirmədiyi ödənişlərin sayını azaltmaq imkanı verəcək.

Banklar təhlükəsizlik səbəbindən ölkə sərhədlərindən kənarda plastik kartlardan istifadəni məhdudlaşdırır. Kartı blokdan çıxarmaq üçün mütləq olaraq banka müraciət etməli və səyahətin müddətini və ölkəni bildirmək lazımdır. Bu tək istifadəçilər üçün deyil, bank rəhbərliyi üçün də rahat vəziyyət deyil.

Visa-nın yeniliyi sayəsində kart istifadəçiləri artıq bankı öz səyahətləri ilə bağlı məlumatlandırmalı olmayacaq. Visa Mobile Location sistemi kart ilə məhsul haqqı ödədikdə onun smartfonu vasitəsilə yerini təyin edir. Mobil telefonun daim müştərinin özündə olduğunu nəzərə alaraq maliyyə təşkilatlarının əməkdaşları tranzaksiyanın məhz kim tərəfindən edildiyini asanlıqla təyin edə bilirlər.

Visa öz xidmətini banklara 2015-ci ilin aprelində təklif edəcək. Bankirlər isə öz növbəsində mobil tətbiqetmələri öz yatırımçıları arasında tanıdacaq və sistemin işini öz təşkilatlarında təşkil edəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər