15 C
Baku
Friday, April 26, 2024

Visa virtual kartlarını genişləndirir

Kartlar Singtel Dash mobil pulqabıda istifadə olunmaq üçün buraxılmışdı. Singtel Dash Sinqapurda ən populyar universal rəqəmsal pulqabı hesab olunur. Bu mobil ödəniş platforması müştərilərə alış-veriş etmək, nəqliyyatda gediş haqqını ödəmək və pul köçürmək imkanı verir.

Keçən ay baş tutmuş Visa virtual hesablarının buraxılması zamanından bu günə qədər 500 mindən çox Singtel Dash istifadəçisi PayWave dəstəkləyən 50 min mağazada mobil ödəniş həyata keçirib.

Keçən il Singtel Dash platformasında həyata keçirilən tranzaksiya həcmi iki dəfə artıb. Bundan əlavə, şirkət məktəb və hətta küçə ticarətçilərini də cəlb etməklə öz mobil platformasının əhatə dairəsini daha da genişləndirməyi planlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər