19 C
Baku
Thursday, April 25, 2024

Vizit kartı – imicinizin bir hissəsi kimi

Vizit kartının vacibliyi haqqında danışmaq “günəşin işıq saçdığını” demək kimi bir şeydir. Hamı bilir ki, vizit kartı nəinki vacib informasiya daşıyıcısıdır, o həm də kart sahibinin imicinə də təsir göstərir. Lakin buna baxmayaraq, bəzi vaxtlarda vizit kartlarının üzərində köhnə telefon nömrəsinin üzərindən xətt çəkilib, yenisi isə əl ilə yazıldığının şahidi oluruq.

Əgər siz ciddi və məsuliyyətli iş adamı təsiri bağışlamaq istəyirsinizsə, bu yolverilməzdir. Ona görə də, vizit kartlarının necə tərtib olunması və onu necə təqdim etmək lazım olduğu barədə danışacağıq.

Hər şeydən öncə, qeyd edək ki, şəxsi vizit kartlarından söhbət açacağıq. Şəxsi vizit kartları ilə yanaşı, korporativ vizit kartları da var. Onlar bir qayda olaraq, ciddi şəkildə firma üslubuna uyğun olur. Buna görə də əgər soyadınızın yazıldığı şrift sizin xoşunuza gəlmirsə, bununla barışmalı olacaqsınız.

Lakin şəxsi vizit kartının timsalında siz öz dizaynerlik ideyalarınızı reallaşdıra bilərsiniz. Lakin hər halda tərzli və səliqəli kart hazırlayan professionala müraciət etmək daha yaxşı olardı. Professional olmayan şəxs sərbəst şəkildə adi qrafik redaktorda vizit kartını hazırlayarkən çox kobud səhvlərə yol verə bilər ki, bu da vizit kartının lazım olan təəssüratı yaratmamasına səbəb olacaq.

Informasiya tərkibi

Bu kartınızda əks olunmalı olan məlumatlardır. Əsas bloklar aşağıdakılardır:

  • soyad, ad, ata adı (axırıncı istəyinizdən asılı olaraq)
  • vəzifə və mövqe
  • əgər siz özünüzü hər hansı şirkətin bir hissəsi kimi təqdim edirsinizsə, onda həmin şirkətin loqotipi; əgər müstəqil işçi kimi fəaliyyət göstərirsinizsə, onda fotonuz və ya fəaliyyət dairənizi əks etdirən şəkil
  • əlaqə nömrələri
  • Ata adınızı yazmaq lazımdırmı? Bu sizə necə müraciət edilməsini istəməyinizdən asılıdır. Ata adını olması mötəbərlikdən xəbər verir. Onun olmaması əsasən qərb iş standartlarına uyğundur – belə ki, sizi adınızla çağırdıqda, siz həmsöhbətinizə daha yaxın olursunuz. Əlaqə nömrələri blokunda ilk öncə sizi daha çox tapma ehtimalı olan nömrəni qeyd edin. Skype-da login və ya sosial şəbəkələrdəki səhifənizin ünvanını qeyd etməyə ehtiyac yoxdur.

Öz statusunuzu necə formalaşdırmaq lazım olduğu barədə düşünün: elə edin ki, vizit kartınızı alan insan sizin hansı sahədə mütəxəssis olduğunuzu anlasın.

Ən əsası isə vizit kartında olan informasiya aktual olmalıdır. Əgər sizin vaxtaşırı telefon nömrəniz və ya digər əlaqə məlumatlarınız dəyişirsə, onda vizit kartlarını az tirajla çap edin.

Imicin təşkili

Reklam agentlikləri kreativ tərzdə tərtib olunmuş vizit kartlarını çox maraqla təqdim edəcəklər. İnternet mühitində siz çox asanlıqla nümunələr tapa bilərsiniz: basmanaxış və deşikli, müxtəlif fiqurlar yaradaraq qatlanan həcmli vizit kartları, qeyri-standart forma və ölçülərdə olan vizit kartları, hətta əlinizə aldıqda xoşagələn melodiya ifa edən musiqili vizit kartları da var. Kreativlik nə dərəcədə özünü doğruldur? Bu variant daha çox yaradıcı peşə sahiblərinə uyğundur: dizayner, stilist, reklam agentlikləri, səsyazma studiyaları, gənc KİV nümayəndələri. Qalan hallarda standart formalı klassik vizit kartlarına üstünlük vermək daha məqsədəuyğundur. O, toxunulması xoş olan hamar,keyfiyyətli kağızda çap olunmalıdır.

Etiket haqqında

Vizit kartını elə təqdim edin ki, onu alan şəxs onu çevirmədən sizin adınızı oxuya bilsin. Əgər vizit kartını sizə veriblərsə, onda vizit kartına nəzər yetirin və onun ad və soyadını səsli şəkildə təkrar edin, bununla siz informasiyanı qəbul etdiyinizi göstərmiş olarsınız. Vizit kartının əks tərəfində onu sizə təqdim edən insan haqqında yaza bilərsiniz, bu sizə yaddaşını daha tez təzələməyə imkan verəcək. Lakin bunu heç vaxt kart sahibin yanında etməyin – yalnız görüş bitdikdən sonra qeydinizi aparın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər