18 C
Baku
Thursday, April 25, 2024

Vizit kartınızı nəyə görə ata bilərlər?

Təqdim etdiyiniz vizit kartınızı nəyə görə ata bilərlər?! Onların belə desək, ömrünü necə uzalda bilərsiniz? Aşağıda bir çox şəxsin vizit kartı seçərkən yol verdiyi əsas səhvləri diqqətinizə çatdırırıq. 

Nəzərə çarpmamaq. Sizin kartınızı fərqləndirən cəhət hansıdır? Darıxdırıcı və standart deyil, unikal və diqqət cəlb edən olun. Lakin yadda saxlayın ki, diqqət cəlb edən məşhur olmaq demək deyil. Yəqin ki, sizi pis tərəfdən yadda saxlamalarını istəməzsiniz.

Keyfiyyətsiz dizayn. Əgər sizin vizit kartınız professional şəkildə hazırlanmayıbsa, sizin işiniz də o şəkildə qarşılanacaq. Çox qəliz dizayn da düzgün olmayan təəssürat yaradır. Dizaynı yaxşı şəkildə düşünün və yadda saxlayın ki, kiçik formatda çap zamanı kiçik detallar gözdən itir. Burada rəng və şrift böyük əhəmiyyət daşıyan amillərdir və buna görə də doğru seçim etdiyinizdən əmin olun.

İnformasiyanın yalnış verilməsi. Kartın üzərindəki yazı ilk baxışdan oxunaqlı olmalı və gözləri yormamalıdır. Bu səbəbdən də mətnin dəqiq və asa oxunula bilən olduğundan əmin olun. Vizit kartının üzərində həddindən artıq məlumatın qeyd edilməsi kimi, ixtisarlaşdırılmış mətn yazmaq da düzgün deyil. Bərabərlik vacibdir.

Keyfiyyətsiz kağız üzərində çap. Vizit kartı sifariş verərkən qənaət etmək cəhdi ilə ən ucuz material üzərində qərar vermək elə də düzgün addım deyil. Yuxarıda qeyd etdiyimiz kimi, vizit kartınız nə dərəcədə keyfiyyətli hazırlanarsa, işiniz barədə də eyni düşüncələri yaradar. Lakin bu heç də o demək deyil ki, ən bahalı materialdan olan vizit kartlarını sifariş verməlisiniz. Bu zaman kağızın keyfiyyət səviyyəsi və maddi imkanınızı müəyyən qədər uyğunlaşdırmağı bacarmalısınız.

Böyük həcmli vizit kartları. İri həcmli vizit kartlarından istifadə edərkən ehtiyatlı olun. Böyük vizit kartları heç də həmişə cibinizə, vizit kartı qabına və yaxud pul qabına yerləşmir. Bununla da kartınızın atılması, iki və hətta üç yerə bölünməsi ehtimalını artırmış olursunuz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər