“VKontakte”nin də ödəniş sistemi yaradıldı

Rusiyanın “VKontakte” sosial şəbəkəsində “VK Pay” ödəniş sistemi yaradılıb.

Vistanews.ru saytına istinadən məlumatına görə, “VKontakte” administrasiyası yeni ödəniş sistemi barədə heç bir məlumat vermir. Ancaq istifadəçilər bildirirlər ki, “VK Pay” artıq tərtib edilib.

Cari ilin mart ayında bildirilib ki, “VKontakte” sosial şəbəkəsi öz ödəniş sistemini işə salacaq. Bu ödəniş sisteminin köməyi ilə istifadəçilər öz akkauntlarını real pullarla doldura bilərlər. Sonradan isə onlardan mənzil-kommunal, restoran xərclərinin, dövlət yol polisi cərimələrinin və sairə ödənişlərin ödənilməsi üçün istifadə edə bilərlər.

Bildirilir ki, ödəniş sistemi artıq yaradılsa da, hələlik ondan istifadə etmək mümkün deyil. Bu isə ondan xəbər verir ki, “VK Pay” son mərhələdə sınaqdan keçirilir və tezliklə bu yenilik rəsmi olaraq təqdim ediləcək.