16 C
Baku
Thursday, April 25, 2024

“Volkswagen” 500 min maşını geri alır

Almaniyanın Volkswagen avtomobil konserni ABŞ-a satdığı 500 min maşını geri almaq razılığına gəlib.

Bundan başqa müştərilərə kompensasiya ötəniləcək.

ABŞ hakimiyyəti ilə şirkət məhkəmənin təyin etdiyi son günə bir gün qalmış razılaşıblar.

Volkswagen şirkətinin rəhbərliyi ötən ilin sentyabrında etiraf edib ki, avtomobillərdə quraşdırılan xüsusi proqram çirklənməni təxminən 40 faiz az göstərirmiş.

Bu qalmaqala görə konsernin baş direktoru istefa verdi.

Volkswagen indi 2009-cu ildən sonra satdığı Jetta, Golf, həmçinin Audi A3 modellərini geri almağa hazırlaşır.

Maşınından ayrılmaq istəməyənlərin mühərriki pulsuz dəyişdiriləcək.

Bundan başqa hamıya pul şəklində kompensasiya ödəniləcək.

Kompensasiyanın ümumi məbləği milyard dollardan çoxdur. Volkswagen 2009-cu ildən sonra ümumilikdə dünya üzrə 11 milyondan çox belə maşın satıb.

Azadliq.org

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər