22 C
Baku
Thursday, April 25, 2024

Volvo biznesinin bir hissəsini 1,1 milyard dollara satdı

Yük avtomobillərinin istehsalına görə ikinci yerdə olan Volvo şirkəti 10 dekabrda Şimali Amerikada avtomobil icarəsi biznesini özəl investisiya şirkəti olan Platinum Equity-ə 7,2 milyard isveç kronuna satmaq barədə razılığa gəldiyini elan etdi.

Bazarda liderlik uğrunda alman Daimler şirkəti ilə rəqabət aparan Volvo şirkəti geniş yenidənqurma mərhələsinə keçmişdir və 2015-ci ildə əməliyyat gəlirini 9 milyard isveç kronuna (1,38 milyard dollar) çatdırmağı planlaşdırır.

Avtobuslar, mühərriklər və yük maşınları istehsal edən şirkət bildirmişdir ki, səhmlərin bir hissəsinin satılması əsas biznes üzərində diqqəti cəmləmək üçün əsas strategiyalardan biri idi və müqavilə xalis borcun həcminin azaldılmasına kömək edəcək.

Bununla yanaşı, cari ilin IV rübündə icarə biznesi üzrə əməliyyat gəliri 1,5 milyard krona enmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər