15 C
Baku
Saturday, April 20, 2024

Wall Street-ə xəbərdarlıq

ABŞ hökuməti Wall Street-in əsas şirkətlərinə tövsiyə edib ki, Moskvaya sanksiyaların pozulmamasından ötrü Rusiya istiqraz satışına qatılmasınlar. Məlumatı media fevralın 25-də yayıb.

ABŞ Dövlət və Maliyyə Departamentləri belə bir xəbərdarlıqla 3 milyard dollarlıq istiqraz buraxılışından öncə çıxış edib. Bu, Krımı anneksiyaya görə Rusiyaya qoyulan sanksiyalardan sonra ilk belə addımdır.

Rusiya ABŞ-ın Goldman Sachs, JPMorgan və Morgan Stanley sərmayə şirkətlərini, eləcə də Avropa və Çin banklarını prosesdə iştiraka çağırıb.

Rusiyaya mövcud sanksiyalar isə bunu qadağan edir.

ABŞ rəsmilərinin sözlərinə görə, Rusiyanın maliyyələşdirmə işinə hər hansı yardım ABŞ siyasətinə ziddir. Belə ki, bu vəsait sanksiya qoyulmuş müəssisələrə gedəcək.

Rusiya rəsmiləri bu bəyanatları ABŞ-ın “qorxması” kimi qələmə veriblər.

Azadlıq.org

Son xəbərlər
Digər xəbərlər