23 C
Baku
Thursday, April 25, 2024

Wall-Street-in 5 canavarı

Maliyyə bazarı daim maliyyə axınını nəzarət altına almaq üçün istənilən yola əl atan avantüristlərin marağını cəlb edib. Onlardan bəziləri öz maxinasiyalarında o dərəcədə uğur qazanmışlar ki, daha sonradan Wall-Street canavarı adını qazanmışlar.

2

Cordan Belfort

“Wall-Street canavarı” filmi müasir cəmiyyətin maliyyə həyatını əks etdirdiyindən geniş tamaşaçı kütləsinin marağına səbəb olmuşdu. Leonardo di Caprio-nun canlandırdığı obraz tamamilə real şəxsdir və o məhz Cordan Belfortdur. Üstəlik, bu Belfortun həyat tarixçəsinə əsaslanan yeganə film deyil. Onun fırıldaqçılıq əməllərinin mahiyyəti bundan ibarət idi: şirkət əməkdaşları telefon vasitəsilə müştərilərə qiymətli kağızlar və eyni zamanda sıfır dərəcədə risk ilə yüksək gəlir təklif edirdilər. Bu zaman Belfortun əməkdaşlarının müştərilərə satdığı istiqrazların real dəyəri onların dediklərindən qat-qat aşağı idi. Dəyərsiz istiqrazlar əldə edən müştərilər üçün isə bu 200 milyonlarla dollar itkisi ilə başa çatırdı. Məhkəmə Belfortu müştərilərə təzminat olaraq 110,4 milyon dollar ödəməyə məhkum etsə də, o hələ yalnızca 11,6 milyon dolları ödəyə bilib.

3

Bernard Meydoff

Bernard Meydoff-u əminliklə Wall-Street-in ən yırtıcı personajı adlandıra bilərik. Bu şəxs Amerikanın NASDAQ fond birjasının direktorlar şurasına daxil idi və bir müddət hətta sədri də olub. Meydoff-un nüfuzu Wall-Street-də sonsuz və məğlubedilməz idi. Onun 1960-cı ildə yaradılan Madoff Investment Securities investisiya fondu fərdi yatırımçılar və investisiya şirkətləri arasında çox populyar idi. Çünki illik sabit 10-13 faiz qazandırırdı.

Lakin 2009-cu ildə Meydoff 150 illik həbs cəzasına layiq görülür. Bu zaman şirkətin səhmlərinin dəyəri 17 milyard dollar təşkil edirdi. Onun əmlakına həbs təyin edildikdən sonra məlum oldu ki, şirkətin ümumi borcu 50 milyard dollara çatıb. Nəticədə, bir neçə min insan öz pullarından məhrum oldu.

Bu gün ekspertlər belə güman edirlər ki, onun şirkəti mövcud olduğu zaman bir gün belə olsun qiymətli kağızla müqavilə bağlamayıb. Bütün gəlirini isə “Ponçi sxemi”-nin standart şəkildə tətbiq edilməsindən qazanıb. Sözügedən bu sxem məşhur fırıldaqçı Çarlz Ponçi-nin şərəfinə belə adlandırılıb. Sxemin prinsipi ondan ibarətdir ki, yeni cəlb edilən əmanətçilərin vəsaitləri ilə cari əmanətçilərə pul ödənilir.

Jerome Kerviel

Maliyyə dünyasında muzdla çalışan işçinin gəliri birbaşa olaraq onun şirkətə qazandırdığı faydadan asılıdır. Bu fakt iri həcmdə bonus əldə etmək arzusunda olan bir çoxlarını böyük risklərə baş vurmağa sövq edir. Bu avantüristlərdən biri də işlədiyi Société Générale  bankına 4,9 milyard avro zərər vuran Jerome Kerviel idi. 2 il ərzində o 50 milyard avrodan çox məbləğlə əməliyyatlar həyata keçirib ki, bu da Société Générale bankının ümumi dəyərindən təqribən 1,5 dəfə çox idi.

Lakin Kerviel-in bəxti gətirmir. O bonus əvəzinə 2 il müddətinə azadlıqdan məhrum edilir, üstəlik banka vurduğu 4,9 milyard avro zərəri qarşılamalıdır. Bununla belə, Kerviel günahsız olduğunu və bankın onun əməllərinə göz yumduğunu bildirib.

4

Cors Soros

Wall-Street-in heç də bütün canavarları qanunu pozmur. Cors Soros-un fəaliyyəti də bura aiddir. O özünün ilk milyard dollarını bir gecəyə qazanmışdı. Belə ki, Soros 16 sentyabr 1992-ci ildə maliyyə tarixinin ən məşhur spekulyasını edir və “İngiltərə bankını sındıran insan” olaraq tarixə daxil olur.

Onun müqaviləsinin mahiyyəti bundan ibarət idi: əvvəlcədən əldə edilmiş funt sterlinqlərin köməkliyi ilə o, 16 sentyabr 1992-ci ildə  funtu alman markına satmaqla funtun məzənnəsinin “məhv olmasına” səbəb oldu. Yaranmış həyəcan və çaşqınlıq Soros-un bazardan məhz gözlədiyi hadisə idi. Belə ki, o funt almaq üçün borc vəsaitlərindən istifadə edirdi və məzənnənin enməsi ilə bütün fərq onun gəlirinə çevrilirdi.

5

Warren Buffet

Buffet 2008-ci ildə Forbes jurnalının versiyasına görə dünyanın ən varlı insanı elan edildi. Wall-Street-in digər nümayəndələrindən fərqli olaraq onun bahalı imarətləri, yaxtaları, idman avtomobilləri yoxdur və o 1957-ci ildə aldığı köhnə evdə yaşayır. Onun Berkshire Hathaway fondu son 44 ildə ildə orta hədlə 20,3% gəlir qazandırır. Bu şirkət Amerika iqtisadiyyatının çökdüyü vaxtlarında belə gəlir gətirirdi.

Buffet yalnız uzunmüddətli yatırımlar edir və qısamüddətli perspektivlərə diqqət yetirmir. Güman etmək olar ki, Buffet-in fəaliyyəti Wall-Street-də yeni mərhələnin başlanğıcını təşkil edir. Maliyyə bazarının hansı şəkildə inkişaf edəcəyini isə yalnızca zaman göstərəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər