23 C
Baku
Thursday, April 25, 2024

Wall-Street banklarının “dərdi” nədir?

Wall-Street bankları daha çox pul qazanmağa və ən yaxşı olmağa çalışsalar da, onlardan heç biri “1 nömrə” olmağa can atmır. Onlardan bəziləri heç bunu etmək iqtidarında da deyillər. 

Bundan əlavə, Federal ehtiyat sistemi hazırda onların ehtiyatları ilə bağlı göstəricilərə olan tələbləri artırdığı səbəbindən, banklar bütün tələblərə cavab vermək üçün əlavə vəsaitlər ayırmalı olurlar.

Bəzi hallarda bazarda əlavə paya sahib olmaq sadəcə olaraq alınmır. Bu zaman isə biznesin yenidən təşkil edilməsi ilə məşğul olmaq lazım gəlir. Vəziyyət belə olduqda isə bazar payı sadəcə olaraq enir.

Sanford C. Bernstein & Cо. analitiki Bred Hintz vəziyyətin bir səbəbini də izah etmək üçün öz professional təcrübəsindən nümunə gətirmişdir:

“Morgan Stanley bankının icraçı direktoru Dik Fişerin ofisinə gedirdim, Con Mak da onunla idi. Onlar kapitalın ölü bazarları barədə mübahisə edirdilər və Fişer bazar payının enməsi ilə bağlı narahat idi. Mak deyirdi: Dik, əgər 5 dollarlıq qiymətli kağızları 4,95 dollara satmağımı istəyirsənsə, Fifth Avenue-dən gedə bilərəm”. Daha doğrusu o demək istəyir ki, bazar payını almaq mümkündür. Lakin bu sadəcə pulları küləyə sovurmağa bərabər olacaq. Beləliklə, bir çox bazar payları yaxşı olduğu halda, bəziləri lazımsız və çox bahadırlar”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər