“Wall-Street canavarı” ICO-nu tarixin ən böyük fırıldağı adlandırdı

epa04497005 Former Wall Steet player turned novelist Jordan Belfort, author of The Wolf of Wall Street speaks at a performance in the Rai, Amsterdam, the Netherlands, 20 November 2014. EPA/ROBIN VAN LONKHUIJSEN *** Local Caption *** 51670879

Həyat hekayəsi “Wall-Street canavarı” filminin əsasını təşkil edən keçmiş broker Jordan Belfort investorları ICO-ə (initial coin offering, kriptovalyutalar üçün IPO-in analoqu) etibar etməməyə çağırıb.

Banker.az xəbər verir ki, Belfort bunu Financial Times nəşrinə verdiyi müsahibəsi zamanı qeyd edib.

“Bu çox sayda insana geri dönüşü olmayan zərər vuracaq tarixin ən böyük fırıldağıdır. Bu mənim bütün etdiklərimdən daha da pisdir” – deyə Belfort vurğulayıb.  

Onun sözlərinə görə, əlbəttə, ICO entuziastlarının və tərəfdarlarının əksəriyyəti (85%),  bu yolla vəsait cəlb etməyə çalışaraq heç bir pis niyyətə sahib olmurlar. Lakin problem ondadır ki, bu sahənin hətta 5-10% fırıldaqçısı əsl fəlakətə çevrilə bilər.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Çin bu vasitənin qanunsuz maliyyələşmə olduğunu iddia edərək ölkədə ICO həyata keçirilməsini qadağan etdi. Çinin ardınca analoji qərar Cənubi Koreyanın Maliyyə xidmətləri üzrə komissiyası tərəfindən də qəbul edildi.