Wall-Street dollar üçün çətin il proqnozlaşdırıb

2017-ci il amerikan valyutası üçün son 10 il ərzində ən pis illərdən biri oldu. İlin yekunlarına əsasən, dollar indeksi 1997-ci ildən bu yana rekord enmə nümayiş etdirmək riski yaşayır.

Banker.az xəbər verir ki, Wall-Street analitikləri bu trendin 2018-ci ildə də davam edəcəyini hesab edirlər.

Bu il dollar indeksi 8,6% ensə də, 2011-ci ildə qeydə alınan minimumdan 25% yüksəkdədir. Societe Generale analitikləri 2018-ci ildə indeksin 4,5% enəcəyini proqnozlaşdırır.

Ekspertlərin fikrincə, FES-in pul siyasətini sərtləşdirmək cəhdləri, iqtisadiyyatın sürətli artımı, “Trump effektinin” yenilənməsi növbəti ildə dolları dəstəkləməyə kifayət etmir.