Wall-Street “ulduz”-larının məşhur deyimləri

Heç şübhəsiz ki, Wall-Street və burada məşhurlaşan bacarıqlı investorlar fond bazarına yeni qoşulan hər kəsin gözlərini qamaşdırır və onlarda bu yüksəkliklərə nail olmaq arzusu yaradır. Təbii ki, bu arzunun yaranmasında buradan külli miqdarda gəlir əldə edən şəxslərin ilhamlandırıcı və motivasiya ilə zəngin sitat və deyimlərinin də böyük rolu vardır.

Bəs fond bazarından əhəmiyyətli dərəcədə çox gəlir qazanmış məşhur investorlar bu “oyuna” yeni qoşulanlara nə məsləhət görürlər:

Warren Buffett – Onu Wall-Street-in ən qocaman investoru adlandırsaq yanılmarıq. Belə ki, onun sahib olduğu sərvət 39 milyard dollar təşkil edir.

Məşhur investor deyir:  “Qiymət – sənin ödədiyin, dəyər isə əldə etdiyindir. Bizim səhm və yaxud adi corabdan danışmağımızdan asılı olmayaraq keyfiyyətli məhsul layiqincə dəyər qazanmadığı an onu almağa üstünlük verirəm”.

George Soros, sərvəti 22 milyard dollar: “Mən ona görə varlıyam ki, haqsız olduğum zaman bunun fərqinə vara bilirəm. Sadə dillə desək, öz səhvlərimi qəbul etmək bacarığım sayəsində həyatda qalmağı bacarmışam”.

David Rubenstein, sərvəti 2,8 milyard dollar: “İnad edin, “yox”-u cavab qismində seçməyin. Eyni yerdə oturaraq və riskə getməyərək özünüzü xoşbəxt hiss edirsinizsə, növbəti 20 il ərzində də eyni yerdə qalacaqsınız”.

Ray Dalio, sərvəti 6,5 milyard dollar: “Özünü və ətrafındakı insanları obyektiv olaraq qiymətləndirməyi bacarmaq güclü insanlara xas xüsusiyyətdir”.

Eddie Lampert, sərvəti 3 milyard dollar: “Öncədən hiss etməyi bacarmaq investisiyada olduğu kimi, biznesdə də çox vacibdir. Vəziyyətin aydınlanacağı anını gözləmək olmaz. Digərləriniz yaranmış bu vəziyyətdə məhz olaraq nə edəcəklərini düşünmək lazımdır”.

Boone Pickens, sərvəti 1,4 milyard dollar: “Yaşım artdıqca hara getməli olduğumu daha aydın şəkildə dərk edirəm. Əgər fil ovuna çıxmaq istəyirsinizsə, dovşanlara görə yolu dəyişdirmək lazım deyil”.

Charlie Munger, sərvəti 1 milyard dollar: “Özünüzün son 15 qərarınıza fikir versəniz kifayət qədər orta səviyyəli nəticələr əldə etdiyinizi görəcəksiniz. Heç bir hiperaktivlik müşahidə edilməsə də, böyük səbr nəzərə çarpır. Öz prinsip və imkanlarınıza arxalanmalı, şans yarandıqda isə ondan maksimum şəkildə istifadə etməyə çalışmalısınız”.

David Tepper, sərvəti 5 milyard dollar: “Bu şirkət ucuz görünür… O şirkət ucuz görünür… Lakin iqtisadiyyat işin mahiyyətini tamamilə dəyişir. Burada əsas olan gözləməkdir. Bəzən ən çətin iş heç bir şey etməməkdir”.

Benjamin Graham: “İndividual investor ardıcıl olaraq investor, qeyri-ardıcıl olaraq spekulyant kimi hərəkət etməlidir. Bu o deməkdir ki, o özünün hər bir alışı və ödədiyi məbləğ haqqında ədalətli fikir yürütməlidir. Qiymətləndirmə obyektivli, əsaslı olmalı və onun nəticəsi “investor ödədiyindən daha artığını əldə etdimi?” sualına cavab verməlidir”.

Lewis Bacon, xalis gəliri 1,4 milyard dollar: “Əgər spekulyantsınızsa dolaşıqlıq və xaosu qəbul etməlisiniz”.

Paul Tudor Jones, xalis gəliri 3,2 milyard dollar: “Hər şeydən daha vacib olan vəziyyəti nəzarət altında saxlamaq, güman etməmək, daim ticarət aparmaq və öz dayaqlarını qorumaqdır. Nəticədə ölçü artıq heç bir əhəmiyyət daşımır”.

Bruce Kovner, xalis gəliri 4,3 milyard dollar: “Düşünürəm ki, yeni başlayan treyderlər lazım olduğundan 3-5 dəfə artıq ticarət aparırlar. Yeni başlayanlar faiz yalnızca 1-2% olduqda üzərlərinə 5-10%-lik risk götürə bilərlər”.

Rene Rivkin, xalis gəliri 346 milyon dollar: “Səhm alarkən özünüzdən soruşun – Bu şirkəti bütünlüklə alardınızmı?”.

Piter Linç, xalis gəliri 352 milyon dollar: “Düşünürəmki, əsas olan hər bir səhmin arxasında şirkətin dayandığını anlamaqdır. Hər bir səhmin dəyərinin artmasının isə yalnız 1 real səbəbi var. Şirkətlərin biznesdən əldə etdiyi gəlir pisdən yaxşıya doğru dəyişir, kiçik şirkətlər isə daha da böyüyür”.

Con Templton, xalis gəliri 20 milyard dollar: “Maksimum dərəcədə pessimizm üçün ən yaxşı vaxt alış, maksimum optimizm üçün ən yaxşı vaxt isə satış zamanıdır”.