15 C
Baku
Saturday, April 20, 2024

WannaCry virusu Honda şirkətinə hücum edib

Banker.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçı şirkəti olan Honda-nın bir neçə ölkələrdə olan zavodları WannaCry virusuna oxşar hücuma məruz qalıb. Həftənin əvvəli istehsalat dayandırılsa da, tezliklə bərpa olunub.

İnsident Tokionun şimal-qərbində yerləşən zavodunda baş verib. Zavodun istehsalat gücü gündə təqribən 1000 avtomobil buraxmağa imkan verir ki, bu avtomobillərə Odyssey, Step Wagon və digərləri daxildir. Digər zavodlarda istehsalata zərər vurulmayıb.

Honda şirkəti bazar günü virusun Yaponiya, Şimali Amerika, Avropa, Çin və digər regionlarda olan şəbəkələrinə ziyan vurduğunu aşkar edir.

Qeyd edək ki, WannaCry virusu ilə xaker hücumu 12 may tarixində dünyanın 150 ölkəsində gündəmə gəldi. İstifadəçilər yoluxmuş kompüteri açdıqda ekranda məlumatlara girişi blok edən banner peyda olur və məlumatların bərpa olunması üçün 300 dollar və yaxud 600 Bitcoin tələb edirdi. Ödəniş edilmədikdə isə WannaCry sutka ərzində kompüterdə olan bütün faylları silmək ilə hədələyirdi.

 

Son xəbərlər
Digər xəbərlər