23 C
Baku
Friday, April 19, 2024

Buffet-in həyat qaydaları

Təsəvvür edin: hətta unikal bacarıqlara sahib olmasanız belə, çox arzu etməklə milyonçu olmaq şansınız var. Bu iddianı ümumiyyətlə heç harda işləməyən, lakin doğru yatırım edib varlanmağı bacarn insanların tarixçələri sübut edir. Bu mövzü üzrə ən ideal nümunə Warren Buffet-in tarixçəsidir və bu tarixçəyə əsasən bir neçə çox da çətin olmayan qayda sayəsində arzulanaq məqsəd və uğura nail olmaq mövcuddur.

Warren Buffet-in ailəsinin maddi vəziyyəti yüksək səviyyədə deyildi. Baxmayaraq ki, onun atası cəmiyyətdə əhəmiyyətli mövqeyə sahib idi. Belə ki, Buffetin atası ABŞ konqresmeni idi. Lakin Buffetin arzusu var idi: O çox varlı olmaq istəyirdi. Məhz buna görə də, o 6 yaşından işləməyə başlayır. Gələcəyin milyonçusu 25 sentə 6 şüşə Coca-Cola alır, daha sonradan onların hər birini 5 sentə satır. Bu ona ilk gəliri olan 5 sent qazandırır. Bu kiçik gəlir ambisiyalı uşağa əvəzsiz təcrübə qazandırır ki, milyonçunun ilk qaydası bu təcrübəyə əsaslanır: ucuz alın, baha satın!

Warren Buffet-in növbəti kiçik qələbəsi 11 yaşı olarkən birjada bağladığı müqavilə olur. O atasından 38 dollar borc alır və bu pula şirkətlərdən birinin 3 səhmini alır. İlk olaraq, səhmlərin dəyəri 27 dollara ensə də, sonradan 40 dollara qədər artır. Azyaşlı Buffet investorlardan birinin məsləhətinə qulaq asaraq səhmlərini satır və buradan cəmi 5 dollar gəlir götürür. Lakin cəmi bir neçə gün keçdikdən sonra həmin səhmlərin dəyəri 200 dollara qədər yüksəlir. Beləliklə, milyonçunun ikinci qaydası yaranır: Digərləri nə deyirlərsə etmə, onlara qulaq asma!

Buffet özünün ilk böyük gəlirini ilk startapı sayəsində əldə edir. Bu startap isə bərbərlərin yanında pinbollu avtomatların quraşdırılması idi. İlk avtomat gəlir gətirməyə başladıqda, gələcək milyonçu onları xərcləmir və yenidən biznesə yatırır. Nəticədə Buffet 26 yaşında artıq 1,4 milyon dollar qazanır. Milyonçunun üçüncü qaydası: Yalnız özünüzə və öz ideyalarınıza yatırım edin. Pullar insanı deyil, insan pulları yaradır.

Buffet ilk iri miqyaslı gəlirini əldə etmdikdən sonra uşaqlıqdan bəri ən yaxşı bacardığı iş ilə – investisiya ilə məşğul olmağa qərar verir. Beləliklə, o zamanla əldə etdiyi gəlirləri hissə-hissə yeni layihələrə yatırır. Onun fikrincə, maliyyənin bu cür bölgüsü bankdan kredit əldə etməkdən daha yaxşıdır. Onun növbəti qaydası da məhz bu iddiya əsaslanırdı: Bütün hallarda kreditlərdən və kredit kartlarından qaçmaq lazımdır.

Əsl milyonçu qənaət etməyi bacarmalıdır. O öz investor karyerasının əvvəlində gəlirinin bir hissəsini ehtiyat olaraq ayırardı. Bunu isə gəliri əldə etdikdən dərhal sonra edirdi. 2015-ci ildə Buffetin sahib olduğu sərvət 63,3 milyard dollar olaraq qiymətləndirilmişdi. Bu məbləğə məşhur investorun xeyriyyə məqsədilə xərclədiyi milyardlar daxil edilməmişdi. Növbəti qayda: Pulu xərclədikdən sonra kənara qoymaq barədə düşünməyin. Gəlir əldə etdikdən dərhal sonra bu gəlirin bir hissəsini ehtiyat olaraq ayırın.

Sahib olduğu sərvətə baxmayaraq, Buffet indiyə qədər 1957-ci ildə aldığı evdə yaşayır. Bundan əlavə, o köhnə avtomobilindən istifadə edir və demək olar ki, adətən fast food ilə qidalanır. Ən ucuz mağazalardan geyim alır. Milyonçunun növbəti qaydası: Pullar həyatdakı ən ömənli cəhət deyil, əsas olan sevdiyiniz işlə məşğul olmaqdır.

Warren Buffetin uğurunun əsas sirri ondan ibarətdir ki, o daim oxuyur. Hazırda o 50 il bundan əvvəl olduğundan daha yaxşı investordur. O bütün bunları ən adi oxuma prosesinə borcludur. Oxumaq, daim yeni biliklər əldə etmək onun vərdişinə çevrilib. Bu səbəbdən də, Buffetin son qaydası bu fikirdən ibarətdir: Hər zaman növbəti addımınızı və ondan daha sonrakı addımınızı planlaşdırın. Ətrafınızda baş verən hadisələrə adekvat yanaşmağa çalışın və  bununla bir çox şeyə nail ola bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər