14 C
Baku
Thursday, April 25, 2024

Warren Buffet IBM səhmlərini satıb

Amerikalı investor Warren Buffet 2017-ci ilin ilk və ikinci rübündə özünün IBM şirkətində sahib olduğu səhmlərinin təqribən üçdə bir hissəsini satıb.

Bunu Banker.az saytı CNBC-yə istinadən xəbər verir.

Onun sözlərinə görə, IBM şirkətinin səhminin dəyəri 180% dollar olduqda, o bu səhmlərin təqribən üçdə birini satıb.

“IBM – böyük və güclü şirkətdir, lakin onun həmçinin böyük və güclü rəqibləri də var” – deyə investor vurğulayıb.

2016-cı ilin sonunda Warren Buffet-in investisiya şirkəti Berkshire Hathaway IBM şirkətinin 81 milyon səhminə sahib idi. İndi bu pay 50 milyon səhmə qədər enib.

2016-cı il ərzində Buffet-in investisiya şirkətinin xalis gəliri təqribən 24,07 milyard dollar təşkil edib. Qeyd edək ki, Forbes jurnalının 2016-cı ildə tərtib etdiyi dünyanın ən nüfuzlu şəxsləri reytinqində Buffet 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər