15 C
Baku
Friday, March 29, 2024

Warren Buffet-in “məhsuldarlıq strategiyası”

Dünyanın ən varlı insanları reytinqinin daimi iştirakçısı və XX əsrin ən uğurlu investoru olan Warren Buffet şəxsi məhsuldarlığın artırılması üçün üçpilləli mükəmməl strategiya yaratmışdır. Bu strategiya şəxsi məhsuldarlığın artırılması və fəaliyyətlərin planlaşdırılmasına kömək edir. Düzgün şəkildə təyin edilmiş məqsəd is uğurun 50%-si deməkdir.

1-ci addım: 25 başlıca məqsədinizi qeyd edin

Bu tapşırığın həyata keçirilməsi üçün bir qədər zaman tələb olunur. Aydındır ki, bu zaman öz planlarınız haqqında ətraflı düşünmək və onları kağıza köçürmək üçündür. Lakin kiçik məqsədlərdən başlayaraq tapşırığı tez bir zamanda həyata keçirmək olar. Məhz elə bu an bu həftə ərzində reallaşdırmaq istədiyiniz məqsədlərin siyahısını tərtib edin.

2-ci addım: siyahını oxuyun, 5 ən vacib punktu seçin

Elə indicə dayanın və üçüncü addıma keçmədən öncə ikinci pilləni tamamlayın.  Son mərhələdə əlinizdə 2 siyahı olmalıdır:

  • 5 vacib punktun olduğu A siyahısı;
  • 20 vacib məqsədi əhatə edən B siyahısı.

3-cü addım: artıq olandan xilas olun

Necə düşünürsüz, bu iki siyahı ilə indi nə etməlisiniz? Sizin variantınız – zamanınızın çoxunu bu 5 vacib məqsədi həyata keçirməyə sərf etmək və nadir hallarda digər 20 məqsədə nəzər yetirmək? Burada Buffet sizinlə razı deyil:

“5 vacib məqsədə aid etmədiyiniz məqsədlərdən dərhal uzaqlaşmaq lazımdır. Bu andan etibarən, nə baş verirsə versin 5 vacib məqsədi həyata keçirmədən əvvəl B siyahısına diqqət yetirməyin”. 

Qalib gəlmək üçün imtina edin:

Sadəlik və minimalizm uğurun zəmanətçisidir. Yüksək vacibliyə malik olmayan bütün cəhətlərlə vidalaşmaq həyatı asanlaşdırmağın, yeni faydalı vərdişlərin əldə edilməsi və sahib olduğunuz hər şeydən xoşbəxtlik qazanmağın ən yaxşı üsuludur.

Buffet-in strategiyası – prioritetlərin təyin edilməsi üçün ən yaxşı üsuldur.

 

Son xəbərlər
Digər xəbərlər