15 C
Baku
Saturday, April 20, 2024

Warren Buffet onu xoşbəxt edəcək məbləğin miqdarını açıqladı

Banker.az xəbər verir ki, amerikalı investor Warren Buffet PBS Newshour-a verdiyi müsahibəsində qeyd edib ki, onun illik gəliri hətta 100 min dollar olsaydı belə özünü xoşbəxt hiss edərdi.

Buffetin sözlərinə görə, o elə indi də arzusunda olduğu hər şeyi almaq imkanına sahibdir, sadəcə o buna gərək duymur. İnvestor həmçinin əlavə edib ki, məsələn 100 milyon dollara ev aldıqda özünü xoşbəxt edəcəkdisə bunu edərdi, lakin onun cari olaraq yaşadığı ev (o burada 1958-ci ildən yaşayır) onunla bağlı xatirələrə görə dəyərsizdir.

Qeyd edək ki, Buffetin sərvəti Forbes jurnalı tərəfindən 76,1 milyard dollar dəyərində qiymətləndirilir. Yanvar ayında isə Oxfam təşkilatı onu sərvəti planet sakinlərinin yoxsul hissəsinin ümumi sərvətindən daha çox olan 8 milyarderin siyahısına əlavə etmişdi.

Son xəbərlər
Digər xəbərlər