22 C
Baku
Thursday, April 25, 2024

“Western Union” kriptovalyutalarla bağlı əməliyyatları dayandırdı

ABŞ-ın pul köçürmələri üzrə məşhur “Western Union” şirkəti kriptovalyutalarla bağlı bank əməliyyatlarını blok etməyə başlayıb.

“Cointelegraph”a istinadən xəbərə görə, şirkət “Kraken” kriptovalyuta birjasına məlumat verib ki, rəqəmli valyutalarla əlaqədar tranzaksiyaları həyata keçirməyəcək, çünki bu, onun daxili qaydalarına ziddir.

WU-nun bu qərarının kriptovalyuta birjalarının fəaliyyətinə, eləcə də kriptovalyuta istifadəçilərinə mənfi təsir edəcəyi bildirilir. Bununla yanaşı, şirkətin özü də müəyyən gəlirlərdən məhrum ola bilər, çünki kriptovalyutanın populyarlığı nəzərə alınsa, uzunmüddətli perspektivdə “Western Union”un bu işdən zərərli çıxacağını söyləmək olar.

Qeyd edək ki, dünyada müxtəlif maliyyə təşkilatları öz müştərilərinin rəqəmli valyuta alıb satmasına icazə vermir. Bir çox bank kriptovalyuta ilə olan hesabları bağlayıb.

Xatırladaq ki, dünyanın ən populyar kriptovalyutası olan bitkoin dekabrın 6-da yeni rekord əldə edib və dəyəri 12,16 min dollara yüksəlib.

-Lent.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər