14 C
Baku
Saturday, April 27, 2024

“Western Union” pul transferi üçün “Ripple”i sınaqdan keçirir

Beynəlxalq pul köçürmələrini asanlaşdırmaq istəyən maliyyə xidmətləri şirkəti “Western Union” “Ripple” texnologiyasını sınaqdan keçirdiyini açıqlayıb.

Razılaşma baş tutarsa, beynəlxalq pul transferləri 3-5 günə deyil, dörd saniyəyə reallaşacaq.

Şirkətin maliyyə direktoru Raj Agraual pul transferlərinin asanlaşdırılması üçün “Ripple” texnologiyasının istifadə edilməsinin planlaşdırıldığını deyib.

“Western Union” ötən il milyardlarla dollarlıq pul transferinə imza ataraq, 1.4 milyard dollar gəlir əldə edib.

Əməliyyat sürəti ənənəvi bankçılıqda 3-5 gün çəkir. Halbuki blokçeyn texnologiyası ilə transferləri daha qısa müddətdə həyata keçirmək olar.

Bu müddət “Ethereum” üçün iki dəqiqə, bitkoin üçün bir neçə saatdır. Yalnız “Ripple” dörd saniyədə pul transferini həll etdiyini iddia edir.

MənbəOxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər