17 C
Baku
Friday, April 19, 2024

“WhatsApp” iki əməliyyat sistemini dəstəkləməyi dayandırır

WhatsApp” messenceri yeni ildən etibarən iki əməliyyat sistemini dəstəkləməyi dayandıracaq.

“Engadget”ə istinadən xəbərə görə, söhbət “BlackBerry OS” (“BlackBerry 10” daxil olmaqla) və “Windows Phone 8.0”dan gedir.

Yanvarın 1-dən smartfonları bu əməliyyat sistemləri ilə çalışan şəxslər “WhatsApp”dan istifadə etdikdə çətinliklə qarşılaşacaq. Bu cihazlarda messencer çalışmağa davam etsə də, yeni aktivasiyalar etmək mümkün olmayacaq. Eyni zamanda, həmin cihazlarda istənilən an “WhatsApp” dayana bilər.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər