14 C
Baku
Thursday, April 25, 2024

WhatsApp-ın iOS versiyasına yeni funksiyalar gəldi

Məşhur WhatsApp messencerinin iOS versiyasına bir sıra yeni funksiyalar gəlib. Beləliklə yeni funksiyalardan birinin sayəsində ən son yenilənmiş statusları vidjetlər ekranında görmək olacaq. Vidjetlər iPhone-nun bildirişlər mərkəzində qoşula bilər. Beləliklə yenilənmiş statusları görmək üçün istifadəçilərin tətbiqə daxil olmalarına ehtiyac qalmayacaq. Messencerin iOS versiyasına həmçinin audioismarışları çat xaricində dinləmək xüsusiyyəti də gəlib. Bundan sonra istifadəçilər rahatlıqla digər tətbiqlərdəki işlərini görərək WhatsApp-a gəlmiş audioismarışları dinləyə bilərlər.image 87298949481919

Audioismarışı hətta smartfon ekranını bloka salandan sonra da qulaq asmaq mümkün olacaq. Bu halda bloklanmış smartfon ekranında audioismarış bildirişi əks olunur. Bu isə öz növbəsində istifadəçinin yadına salır ki, audioismarış dinlənmə rejimindədir. Sözügedən yeniliklər hal-hazırda iOS 7 və daha yuxarı versiya əməliyyat sistemində WhatsApp-ın 2.18.40 versiyasında aktivdir. Qeyd etmək lazımdır ki, messencerin iOS versiyası yaxın zamanda daha bir sıra yeni funksiyalar əldə edəcək. Onların arasında yenilənmiş qrup videozəngləri, stiker ötürülməsi və s. kimi funksiyalar olacaq.image 97921965504065

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər