14 C
Baku
Thursday, April 25, 2024

“WhatsApp”da qrup zənglərinə daha 3 nəfər əlavə etmək mümkün olacaq

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” ani mesajlaşma xidmətinin yeni beta-versiyasında istifadəçilərə qrup zənglərinə öz kontakt siyahılarından 3 nəfər əlavə etməyə imkan veriləcək.

“Hi-tech.mail.ru” saytına istinadən, beləliklə, qrup zənglərində eyni anda sözügedən messencerin 5 istifadəçisi iştirak edə biləcək.

İstifadəçi qrup zənginə öz kontakt siyahısından daha 3 nəfəri əlavə etmək üçün ekranın sağ yuxarı küncündə yerləşən ikonkanın üzərinə sıxmalıdır.

Sözügedən funksiya tezliklə geniş istifadəçi kütləsinə əlçatan olacaq.


© “ICTnews” Elektron Xəbər Xidməti

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər