16 C
Baku
Saturday, April 20, 2024

“WhatsApp”dan iş adamlarına yarayacaq yenilik

Mobil proqram tətbiqi vasitəsilə yaxın zamanlarda təkcə PDF faylları deyil, eyni zamanda zip qovluqları da telefon kitabçasında olan şəxslərə göndərmək mümkün olacaq.

Yeniliklər ilk olaraq beta rejim istifadəçiləri tərəfindən test ediləcək. Bir müddət sonra bütün android və iOS istifadəçilərinə təqdim ediləcək.

“WhatsApp” daha bir yeniliyə imza atıb. Artıq istifadəçilər qalın və kursiv yazı şriftlərindən istifadə edə biləcəklər. Beta yenilənmədən sonra istifadəçilər tədricən bu yenilikdən istifadə etməyə başlayacaqlar. Mesajlaşma xidməti istifadəçiləri qalın və kursiv şriftlərdən başqa, həm də üzərində xətt çəkilmiş mesaj mətnləri yaza biləcəklər.

Müəyyən işarələrdən istifadə etməklə buna nail olmaq mümkündür.

Qalın şriftlərlə yazmaq üçün sözün əvvəlində və sonunda ulduz işarəsi (*), kursiv hərflərlə mesaj göndərmək üçün isə aşağıdan xətt (_) qoymaq lazımdır.

Üzərindən xətt çəkilmiş mətn yazmaq üçün təqribi bərabərlik (~) işarəsini qoymaq kifayət edəcək.

“Whatsapp”ın yeniliyi
“Whatsapp”ın şirift ilə bağlı yeniliyi

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər