22 C
Baku
Thursday, April 25, 2024

“WhatsApp”ın fəaliyyətindəki problem aradan qaldırıldı

Bütün dünyada populyar “WhatsApp” messencerinin fəaliyyəti yaranmış nasazlıqdan sonra tam bərpa edilib.

“vistanews.ru” saytına istinadən məlumata görə, xidmətdə yaranmış texniki problemlər iki saat müddətində davam edib və Rusiya, ABŞ, Avropa, Hindistan, Braziliya, Meksika və Cənubi Afrika Respublikasından olan istifadəçilərə toxunub.

“WhatsApp” rəhbərliyi texniki problemin həlli barədə qərar qəbul edib və populyar messencerin istifadəçilərindən üzrxahlıq edib. Şirkətin hesablamalarına görə, hazırda messencerin gündəlik olaraq təxminən 1 milyard istifadəçisi mövcuddur. Məlumatda xidmətin müvəqqəti söndürülməsindən söhbət gedib.

Xatırladaq ki, “WhatsApp” messenceri ABŞ-ın “Facebook” şirkətinə məxsusdur. Bu şirkət onu 2014-cü ilin fevral ayında 20 milyard dollara əldə edib.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər