18 C
Baku
Thursday, April 25, 2024

“Xəsisliyin son həddi” və yaxud qadın hiyləsi

Bir şəxs həyat yoldaşından dünyasını dəyişdikdə onu sahib olduğu bütün pullar ilə birgə dəfn etməyi tələb edir. Qadın isə onun arzusunu reallaşdıracağına vəd verir.

Həmin şəxs ömrü boyu çalışır, kifayət qədər sərvətə sahib olur. Onun sahib olduğu məbləğin sayı artdıqca onun xəsisliyinin də həddi artırdı. Bu səbəbdən də həyat yoldaşına demişdi: “Dünyamı dəyişdikdə istəyirəm ki, sahib olduğum bütün pulları mənimlə birgə tabutuma qoyasan. Bütün pullarımı özüm ilə aparmaq istəyirəm”. Beləliklə, kişi həyat yoldaşının səmimi vədini qəbul edir.

Gün gəlir, həmin kişi vəfat edir. Dəfn mərasimində qadın rəfiqəsi ilə birgə qara libasda əyləşmişdi. Vidalaşma mərasimi başa çatdıqda və tabut aparıldıqda qadın “Bir dəqiqə gözləyin” deyə ayağa qalxır. Onun əlində ayaqqabı qutusu var idi. O tabuta yaxınlaşır və əlindəki qutunu oraya qoyur. Daha sonradan tabut bağlanılır və aparılır.

OLYMPUS DIGITAL CAMERA
OLYMPUS DIGITAL CAMERA

Bunu görən qadının rəfiqəsi deyir: “Ümid edirəm sən  bütün pulları tabuta qoyacaq dərəcədə ağlını itirməmisən”. Qadın isə cavabında deyir:

-“Bəli, mən vəd etdiyim kimi pulları oraya qoydum. Mən yalan danışa bilməzdim. Ona bunu edəcəyimizi söz vermişdim”.

-“Yəni demək istəyirsən ki, sərvətdən özünə 1 qəpik belə götürmədən hamısını qəbrə göndərdin?!” – deyə rəfiqəsi heyrətə gəlir.

-“Əlbəttə” – deyə qadın deyir. – “Mən bütün pulları topladım, onları öz hesabıma yatırdım, ona isə bütün məbləği əks etdirən çek yazdım. Qutuda olan da məhz çekdir”.

Kim düşünə bilərdi ki, verilən sözü özünə sərf edən şəkildə də yerinə yetirmək mümkündür…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər