16 C
Baku
Thursday, March 28, 2024

“Xəzərin üzərindən Nobel prospektinə tunel çəkiləcək”

Tunelin çəkilməsi bir neçə problemi, ilk olaraq nəqliyyat problemi həll edəcək

“Xəzərin üzərindən körpü yox, tunel salınacaq. Bu tunel “Dalğa Plaza”dan bulvara paralel olaraq Nobel prospektinə aparacaq”.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev söyləyib. Onun sözlərinə görə, tunel açıq üsulla tikiləcək: “Dənizə tərəf doldurulur, orada qalan su çəkilir, yerində lazımi avadanlıqlar düzülür və tunel bağlanır”.

Cahangir Qocayevin sözlərinə görə, tunelin tikintisi daha az vəsait tələb edir. O, bildirib ki, bu ilk olaraq nəqliyyat problemini həll edəcək: “Tunelin çəkilməsi bir neçə problemi həll edəcək. İlk olaraq nəqliyyat problemi həll olunur. Yəni ki, Neftçilər prospektindən nəqliyyat axınının bir hissəsi yönəldilir bu tunelə. İkincisi, hesablamalara görə, buxtaya 20 yerdən təmizlənməmiş çirkab axıdılır-onun qarşısı alınacaq. Üçüncü məsələ odur ki, tunel vasitəsilə bulvarın ərazisi genişlənir”.

interaztv.com

Son xəbərlər
Digər xəbərlər