14 C
Baku
Thursday, March 28, 2024

Xəzinədar – “Günay Bank”

“Günay Bank” xəzinədar vəzifəsinə işçi axtarır.

İş barədə məlumat

– Günün əvvəlində kassanı təhvil almaq, nəğd pul vəsaitlərinin və digər qiymətlilərin mövcudluğunun sayılaraq yoxlanılmasını təmin etmək
– İnkassasiya vasitəsilə gətirilmiş pul və qiymətliləri qəbul etmək
– Gün ərzində kassaya daxil olan nağd pulları elan blankı ilə qəbul etmək, pulların həqiqiliyini, dövriyəyə yararlığını yoxlamaq
– Kassadan məxaric sənədi (pul çeki, kassa məxaric orderi) ilə nağd pul verərkən məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza nümunələri ilə tutuşduraraq yoxlamaq
– Banka girova qoyulmuş qızıl və zinət əşyalarını saxlanca qəbul etmək və uçotunu aparmaq
– ATM-lərin inkassasiya olunması üçün kassetlərə qoyulan kupyurları seçib ayırmaq, ATM-lərdən çıxan yararsız pulları Bankın pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayıb təhvil vermək
– Kassa limitindən çox olan qalıq məbləğini Bankın Pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlamaq və təhvil vermək
– İş qrafiki: Həftənin 6 günü, 1-5 günlər saat 09:00-dan 17:00-dək, şənbə günü saat 10:00-dan 13:00-dək

Namizədə tələblər

– Ali təhsilli olmalı (bu işdə bir neçə il təcrübəsi olan orta ixtisas təhsillilər də müraciət edə bilər)
– Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi olmalı
– Ünsiyyətqurma, yaranmış problemləri tez bir zamanda həll etmə bacarığına malik olmalı
– Rus, ingilis dillərini orta səviyyədə bilənlərə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər öz CV-lərini cv@günaybank.com elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər