15 C
Baku
Saturday, April 20, 2024

Xakerlər Azərbaycan bankını qarət etdi

Azərbaycan banklarından minimum biri geniş miqyaslı xaker hücumuna məruz qalmışdır və nəticədə xakerlər ümumilikdə milyard dollardan çox məbləği qarət etmişlər. Bu dünya KİV-də yayılan geniş məlumatlar sayəsində məlum olmuşdur.

Rusiya, Çin və Avropadan olan xaker qrupu bank tarixində ən nəhəng qarət həyata keçirmişdir və bu zaman dünyanın 30 ölkəsindən 100-dən çox bank qarət edilmişdir. Banklara edilən nəhəng hücumu isə Rusiyanın “Kasperski Laboratoriyası” aşkar etmişdir.

“Laboratoriya” banklarla razılıq əsasında zərər çəkmiş bankların adını açıqlamır. Maliyyə təşkilatlarının özləri isə xaker hücumuna məruz qaldıqlarını elan etməmişlər.

Xakerlər bankların əksəriyyətindən öz hesablarına 10 milyon dollar köçürmüşlər. Bəzi banklardan isə  təhlükəsizlik xidmətinin diqqətini cəlb etməmək üçün daha az məbləğ oğurlanmışdır.

Bu məlumatla eyni bir vaxtda Azərbaycan mətbuatında da yerli banklardan birinin xaker hücumuna məruz qaldığı və onların külli miqdada məbləğ oğurladığı xəbəri “sızır”. Bankın təhlükəsizlik xidməti oğurlanmış pulların izinə düşmüş və məbləğin bir hissəsini geri qaytara bilmişdir. Bankın adı isə anonim olaraq saxlanılır.

Son xəbərlər
Digər xəbərlər