15 C
Baku
Wednesday, April 24, 2024

Xakerlər Ethereum müştəri kanalından 32 milyon dollar oğurlayıb

Banker.az saytının verdiyi məlumata görə, xakerlər Ethereum kriptovalyutasının müştəri kanalı Parity-nin 3 hesabını sındırmaqla 31,7 milyon dollar oğurlayıb.

 

Kanalın yaradıcısı Gevin Vud bütün müştərilərinə pullarını daha təhlükəsiz bir yerə çıxarmağı məsləhət görüb. O izah edib ki, xaker hücumu kanalın son versiyasında meydana gəlmiş səhv nəticəsində mümkün olub.

Bu hücum kriptovalyutanın tarixində ən nəhəng kiberhücumlardan daha biri oldu. Belə ki, 2015-ci ildə xakerlər 53 milyon dollar oğurlamışdı və bundan sonra Ethereum yaradıcıları kriptovalyutanın iki versiyasını yaratdılar.

Cari ilin 17 iyul tarixində isə xakerlər Sinqapurdan olan Ethereum startapı CoinDash-a hücum edib. Bu layihəyə vəsaitlərin ilkin cəlb edilməsi zamanı baş verib. Bu zaman xakerlər investorlardan vəsaitlərin toplanması üçün nəzərdə tutulmuş ünvanı dəyişiblər və nəticədə 7,5 milyon dollar ələ keçirə bilmişlər. Bunun ardınca vəsait toplanması dayandırılıb. İlk olaraq 28 gün ərzində 12 milyon dollar toplamaq nəzərdə tutulmuşdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər