26 C
Baku
Friday, April 19, 2024

Xakerlər ICO zamanı oğurlanmış $2,9 milyonu geri qaytarıb

Banker.az xəbər verir ki, xakerlər CoinDash investisiya platformasında ICO gedişində oğurlanmış təqribən 10 000 efiri (Ethereum rəqəmsal valyutası) (2,9 milyon dollardan çox) geri qaytarıb. Bu haqda CoinDash özü məlumat yayıb.

Vəsaitlərin geri qaytarılması iki mərhələdə həyata keçirilib. Belə ki, kiber cinayətkarlar 488 efiri 12 sentyabr tarixində, qalan məbləği isə 18 sentyabrda startapın hesabına köçürüb. CoinDash-in xakerlərlə necə razılığa gəldiyi haqqında isə məlumat verilmir.

ICO gedişində CoinDash-a xaker hücumu barədə məlumat 17 iyulda verilmişdi. Bu zaman bəzi istifadəçilər şirkəti bilərəkdən hücuma məruz qoymasında ittiham edərək sahibkarların investorların pullarını qarət etməyə qərar verməsində günahlandırdı. Şirkət isə ittihamları təkzib etmişdi.

Son xəbərlər
Digər xəbərlər