21 C
Baku
Thursday, April 25, 2024

Xalq Bank Cash to Any Card və Cash by Code xidmətlərini tətbiq etdi

İndi Siz Xalq Bankın ATM-ləri vasitəsilə istənilən kart hesabına nağd pul vəsaitlərinin mədaxil edilməsi (Cash to Any Card) və plastik kart olmadan ATM-dən nağd vəsaitlərin məxaric edilməsi (Cash by Code) xidmətlərindən yararlana bilərsiniz.

Cash to Any Card – Banka gəlmədən və kart olmadan Cash-İn tipli bankomat vasitəsilə istənilən kart hesabına nağd pul mədaxil etmək imkanını verən xidmətdir. Bu xidmət vasitəsilə günün istənilən vaxtı Azericard prosessinq mərkəzinə qoşulmuş bankların kartlarına pul vəsaitlərini mədaxil etmək və kredit kart üzrə borcu ödəmək mümkündür. Pul vəsaitləri həmin anda kart hesabına köçürülür.

Cash by Code – Xalq Bankın Mobil Bank və ya ATM vasitəsilə köçürülmüş pul vəsaitlərini kartınız olmadan, xüsusi kod vasitəsilə ATM-dən çıxarılması deməkdir. Cash by Code vasitəsilə Bankın iş rejimindən asılı olmadan günün istənilən vaxtı Mobil Banka qoşulmuş telefondan və ya Bankın ATM-lərindən istifadə edərək pul vəsaitlərini istənilən şəxsə göndərmək və kart olmadan xüsusi koddan istifadə edərək adınıza göndərilmiş nağd vəsaitləri ATM-lərdən çıxarmaq mümkündür. Bu xidmət kartı itmiş və ya oğurlanmış, həmçinin uzaq məsafədə yaşayan və kartı olmayan şəxslərə ATM vasitəsilə pul vəsaitlərini dərhal çatdırılmaq imkanı verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər